Misli Premyer Liqasında XII turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
"Araz-Naxçıvan" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək. Nominal meydan sahibləri bu görüşdən qalib ayrılacağı təqdirdə Tovuz klubu ilə xallarını bərabərləşdirəcək. "Boz qurdlar"ın hazırda aktivində 22 xal var. Elmar Baxşıyevin komandası liderlər qrupundan uzaq düşməmək üçün bu görüşdən qələbə ilə ayrılmalıdır. Heç şübhəsiz ki, Kurban Berdıyevin çalışdırdığı komandanın da əsas məqsədi 3 xal olacaq. Qarşısına çempionluq qoyan kollektiv dünən "Sumqayıt"ı yenən və zirvədə yerini bir qədər də möhkəmləndirən "Qarabağ"dan uzaq düşməmək üçün qələbə qazanmağa məcburdur.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XII tur
15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" 1:1 (İkinci hissə)
Qol: Ba-Muaka Simakala, 21, Ayxan Hüseynov, 78
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 33. Elmir Cəfərov, 77. Bruno Franko, 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
"Turan Tovuz": 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdiyev