Futbol üzrə Azərbaycan Premyer Liqasının təmsilçisi "Araz-Naxçıvan" Rahil Məmmədovu transfer edib.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin 29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, R. Məmmədov müxtəlif illərdə "Neftçi", "Səbail", "Zirə", "Qarabağ", Polşanın LKS Lodz və "Radomiak" klublarında çıxış edib.