top
Jorj Kaskilya: Özümü sübut etmək istəyirəm - İmişlinin baş məşqçisi müsahibəsi Idman.biz
26 iyul 2025, 17:42
- ↺ +

Jorj Kaskilya: "Özümü sübut etmək istəyirəm" - "İmişli"nin baş məşqçisi müsahibəsi

2025/26-cı "futbol ili"ndə Premyer Liqada iştirak edəcək "İmişli"nin baş məşqçisi Jorj Kasilyanın Sport1.az-a müsahibəsi

- Azərbaycana xoş gəlmisiniz. Necə oldu ki, "İmişli"nin baş məşqçisi oldunuz? Hansı təklif sizi cəlb etdi?

- Məşqçi olaraq Çexiyada çalışmışdım. "Znoymo"da işləmişdim. Bu komandanın çıxış etdiyi liqa Azərbaycan Premyer Liqasından zəif idi. "İmişli"dən təklif aldım. Klubun prezidenti Kamran bəylə danışdıq. Ona xüsusi təşəkkür edirəm. Mənə şərait yaratdı ki, özümü göstərə bilim. Yaxşı komanda yaratmaq istəyirəm. Burada işləmək mənim üçün naliyyətdir.

- Sizi nəyin cəlb etdiyi ilə bağlı heç nə demədiniz. Bəzi məşqçilər klubun yaxşı layihəsi olduğunu, seçimini bu səbəbdən etdiyini bildirir. Digərləri isə özlərini isbat etmək üçün bu tip təklifləri qəbul edir. Sizdə hansıdır?

- Hər iki səbəbi nəzərə alaraq "İmişli"nin təklifini qəbul etdim. Açığı, özümü isbat etmək istəyirəm. Portuqaliyada çox şans qazanmadım. Azərbaycanda özümü məşqçi kimi sübut etmək istəyirəm. Həm mediaya, həm də Portuqaliyadakılara göstərmək istəyirəm ki, çalışdırıcı kimi uğur qazana bilərəm. "İmişli"dən gələn təklif mənim üçün böyük şans idi. Bundan əlavə, prezident mənə layihələrinin nə qədər böyük və əhəmiyyətli olduğunu inandırdı. Buradakı etimadı doğrulda biləcəyimi düşündüm. Komanda ilə bağlı bütün məsuliyyət məndədir. Bu da özümü isbat etməyim üçün əlavə motivasiyadır. Azərbaycan çempionatı inkişaf edir. Mən bunu yarış kimi qəbul edirəm. Komandam uğurlu olsa, mən qalib gəlmiş olacam.

- Azərbaycan Premyer Liqasında işləyən ilk portuqaliyalı məşqçi olacaqsınız. Ölkəmizə Portuqaliyadan gələn bir çox futbolçular uğurlu olublar. Bəs məşqçidə necə olacaq? Portuqaliyadan gələn mütəxəssisin Azərbaycandakı karyerası uğurlu ola bilər?

- Əlbəttə! Hər məşqçinin arzusu işlədiyi yerdə uğurlu olmasıdır. Premyer Liqada yeniliklər edəcəyik. Komandamız başqa tərzdə qurulur. Bu da oyunumuza təsir edəcək. Hazırkı şərtlər məni qane edir. Öz bacarığımı göstərməyin vaxtıdır. "İmişli"nin fərqli komanda olduğunu nümayiş etdirməliyik. Buna çox inanıram. Bizim çıxışımız Premyer Liqada fərqlilik yaradacaq.

- Premyer Liqada işləyən əcnəbi məşqçilər çempionatda uğursuz olanda əllərində bəhanələri olur. Deyirlər ki, vaxt lazımdır. 2 aya yaxındır ki, komandadasınız. Çempionatın başlamasına hələ 20 gün var. Bu müddət istədiyiniz komandanı yığmağa bəs edəcək?

- Bir kollektivi 2 ay ərzində formalaşdırmaq mümkün deyil. Amma məqsədim bəllidir. Öz fəlsəfəmi, fikirlərimi, taktikamı komandama aşılamaq istəyirəm. Bu vaxt tələb edir. Futbol 3 ay ərzində göstərilən nəticə deyil. Futbol oyun günü əldə edilən qələbədir. Düzdür, bütün komandalar qalib gəlmək istəyirlər. Qələbə oyunçuların motivasiyasına böyük təsir göstərir. Çempionata uğurlu başlamaq istəyirik. Bu, komandanın birliyini gücləndirəcək. Özünəinamını artıracaq. Uğurlu başlanğıc istəyimizi, düşüncələrimizi daha yaxşı tətbiq etməyə səbəb olacaq. Nəinki bəhanələr etməyə...

- "İmişli" I Liqada "5-4-1" sxemindən istifadə edərək uğur qazandı. Bundan yenə istifadə edəcəksiniz? Ümumiyyətlə, hansı taktiki sxemdən faydalanacaqsınız?

- Yeni komanda qururuq. Bu səbəbdən də taktiki sxem dəyişiləcək. Amma hansından istifadə edəcəyimizi sizə açıqlamayacam. Bu komandada hər şey sıfırdan qurulur. Yeni deyirəm, öz fəlsəfəmi tətbiq edəcəm. Buna uyğun sxemlə "İmişli" Premyer Liqada mübarizə aparacaq.

- I Liqada mübarizə aparan komandadan bəzi futbolçuları qalıb. Yeni oyunçular da transfer edilib. Sizcə, komanda Premyer Liqaya neçə faiz hazırdır? 100 faizlik nəticə üçün daha neçə transfer lazımdır?

- Bura mövsümün ortasında gəlsəydim, mənə vaxt lazım olardı. Futbolçulara adaptasiya olmalı idim. Çünki komandanın başqa fəlsəfəsi olacaqdı. Amma "İmişli"ni sıfırdan qururuq. Elə oyunçular seçirəm ki, futbolçular tapşırıqlarımı tam yerinə yetirə bilsinlər. Yerli futbolçulara ümidim böyükdür. Elə əcnəbilər seçirik ki, "İmişli"yə fayda versinlər. Qarşıda böyük marafon var. Buna uyğun kollektiv formalaşdırıram. Amma indi neçə faiz hazır olduğumuzu deyə bilmərəm. Hər şey çempionat başlayanda bəlli olacaq.

- AFFA İcraiyyə Komitəsinin qərarı ilə "İmişli"yə 1 illik möhlət verilib. Bu müddət ərzində klub stadionunu və bazasını formalaşdırmalıdır. Yəni, uzun müddət ev oyunlarınızı doğma şəhərdə keçirə bilməyəcəksiniz? Bu, işinizə mənfi təsir göstərməyəcək ki?

- Təbii ki, doğma meydanda oynamaq bizə daha çox xeyir verərdi. Böyük azarkeş kütləsi qarşısında oynamaq bizə üstünlük qazandıracaqdı. Lakin dəyişə bilməyəcəyimiz məsələləri qəbullanmalıyıq. Amma "İmişli"ni ürəkdən sevən azarkeşlər harada məskunlaşmağımızdan asılı olmayaraq ev oyunlarımızda bizi tək qoymayacaqlar. İstəyir matçlarımıza bir azarkeş gəlsin. Biz ürəyi "İmişli" üçün döyünənlər üçün oynayacağıq. Bəli, çətin olacaq. Amma düşüncə olaraq komandanı buna hazırlayıram. Biz güclü olmalıyıq. Məqsədlərimiz var. Buna çatmaq üçün uğurlu nəticələr əldə etməliyik. Digər məsələlər isə zamanla öz həllini tapacaq.

- Təyinatınız Azərbaycan mediasında, futbol ictimaiyyətində xoş qarşılanmadı. Çoxları deyir ki, "İmişli" yerli baş məşqçini işə götürməlidir. Bəziləri Jorj Kaskilyanın nəticələrinin qənaətbəxş olmadığı fikrindədir. Bu da "İmişli" azarkeşlərinə mənfi təsir edir. İndi onlar sizdən müsbət nələrsə gözləyir. Buradan azarkeşlərinizə nə söyləmək istəyərsiniz?

- Bura klub prezidentinin dəvəti ilə gəlmişəm. O, mənə inanıb, güvənib. Mən də özümə inanıram. Təcrübəm də var. Portuqaliyada 3 dəfə aşağı liqadan daha yuxarı çempionata komanda çıxartmışam. Qarşıma qoyulan bütün məqsədlərə çatmışam. Rəhbərliklə görüşəndə planlarını diqqətlə dinlədim. Sıfırdan komanda formalaşdırmalıyıq. Bizim hədəfimiz Premyer Liqada qalmağa oynamaq deyil. Təbii ki, ilk üçlükdə yer alacağıq deməyim doğru deyil. Səkkizlik üçün oynayırıq. Bunun üçün fundamenti olan kollektiv formalaşdırırıq. Fanatlar, futbol ictimaiyyəti rahat olsunlar. "İmişli"nin xoş nəticələrini gördükdə, məni və rəhbərliyin işini bəyənəcəklər.

- Söz-söhbətlərə inansaq, sizin "İmişli"yə gəlməyinizə səbəb olan şəxs milli komandamızın baş məşqçisi Fernandu Santuşdur. Portuqaliyalı mütəxəssis AFFA vasitəsi ilə sizi rəhbərliyə tövsiyyə edib. Bizdə olan məlumata görə isə ondan sizin haqda soruşulub. Santuş bildirib ki, mən elə məşqçi tanımıram...

- Bunlar yalan məlumatlardır. Fernandu Santuş Portuqaliyanın ən yaxşı məşqçilərindən biridir. Amma onunla şəxsi tanışlığım yoxdur. Əmin ola bilərsiniz ki, onun məsləhəti ilə bura gəlməmişəm. Kamran bəy agentimlə əlaqə saxladı. Danışdıq, razılaşdıq və burada çalışmağa başladım. Bu qədər sadə.

- "İmişli"nin stadionu, bazası, tam hazır akademiyası hələlik yoxdur. Deyirsiniz ki, hədəfimiz ilk səkkizlikdə qərarlaşmaqdır. Bu qədər çatışmazlıqlar sizə çətinlik yaratmayacaq?

- Baxın! Situasiya ideal deyil. Sadaladığınız problemlərin hamısını bilirəm. Mənim işim ideal komanda qurmaqdır. Bu problemləri klub rəhbərliyi həll etməyə çalışır. Sadaladığınız məsələlər gec-tez həll olunacaq. Mən məşqçi kimi normal komanda formalaşdırmasam, bunların o qədər də əhəmiyyəti olmayacaq. Güclü kollektiv qurmalıyam. Düzdür, hər şey ideal deyil. Lakin bunlar qlobal problemlər deyil. Çünki rəhbərlik bu istiqamətdə işlər görür. Artıq akademiya ilə bağlı ilkin addımlar atılır. Əsaa heyət formalaşır. Mən də öz təcrübəmlə bu komandanın güclü olmasına çalışacam. Biz iş görmək istəyirik. "İmişli" sıfırdan, öz küllərindən qurulur. Bütün çətinliklərə rəğmən, hər şey əla olacaq! Buna inanıram!

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər