top
Ruslan Qurbanov karyerası, səhvləri və gələcək planları barədə danışdı Idman.biz
Dünən, 16:16
- +

Ruslan Qurbanov karyerası, səhvləri və gələcək planları barədə danışdı

Azərbaycan millisinin, eləcə də "Zirə", "Keşlə", "Səbail", "Sumqayıt" klublarının formasını geyinmiş sabiq hücumçu Ruslan Qurbanovun Teleqraf-a müsahibəsi

- Uzun müddətdir "gözdən itmisiniz". Hazırda haradasınız və nə işlə məşğulsunuz?

- Heç kimə lazım deyiləm, mənimlə maraqlanılan zaman keçdi. Normaldır və mən bunu sakit şəkildə qəbul edirəm. Hazırda Rusiyadayam, özüm üçün məşq edirəm. Hər şey məni qane edir.

- Karyerası kifayət qədər zəngin olan millinin sabiq üzvlərindən birisiniz. Sizcə, bu gün kənarda qalmağınızın səbəbi nədir?

- Karyerama görə Azərbaycana təşəkkür edirəm. Axı Azərbaycan mənə inanmışdı və məni 18 yaşımda qəbul etdi. Günah özümdədir. Üstəlik, mənə kömək edən bir mentor da yox idi. Həmişə tək olmuşam. Amma hər şey üçün uca Tanrıya və Azərbaycana minnətdaram.

- Hansı səhvinizi və ya qərarınızı heç vaxt özünüzə bağışlamırsınız?

- Rejimi qoruyub saxlamırdım və həmişə düşünürdüm ki, hər şeyə vaxt taparam. Nəyi necə etmək lazım olduğunu deyən bir mentor olsaydı, mən hələ də oynayacaqdım. Amma bu gün nə varsa, ondan razıyam.

- Millidəki komanda yoldaşlarınızdan kiminlə əlaqəniz qalır, sizə kim dəstək göstərir?

- Çətin anlar yoxdur, heç kimdə də olmasın. Belə, Bəhlul Mustafazadə, Şahrudin Məhəmmədəliyev, Slavik Alxasov, Ramil Şeydayev, Cavid İmamverdiyev və s. ilə əlaqə saxlayıram. Uşaqları izləyir və onlara daim azarkeşlik edirəm.

- Bir futbolçu kimi "vizit kartınız", Ruslan Qurbanov dedikdə yada düşən klub və oyununuz hansıdır?

- Azərbaycan milli komandasında keçirdiyim oyunlar ən gözəl dönəmlərdir. Çünki bayrağı təmsil etmək və beynəlxalq arenada oynamaq olduqca qürurlu hissdir. "Neftçi"də kubokun finalına qədər getdiyimiz anlar çox gözəl idi. "Qəbələ" ilə bağlı da xoş təəssüratlarım var. "Qırmızı-qaralar"la Avropa Liqasında oynadım və "Sent-Etyen" (1:2), "Maynts" (2:3) kimi komandalara qol vurdum. Daha çox şey edə bilərdim, amma günah özümdədir.

- Hazırda oynamırsınız. Futbol üçün darıxmırsınızmı?

- Təbii ki, çox darıxıram. Uşaqlar böyüyüb, qızım məktəbə gedir, ona görə də davamlı köçüb-daşına bilmirəm. İndi artıq yalnız özümü deyil, ailəmi də düşünməliyəm.

- Övladlarınızdan hansısa idmanla məşğul olur?

- Qızım burada gimnastikaya gedir. Amma o, bunu daha çox özü üçün edir. İstəyirəm ki, əvvəlcə təhsil alsın. Oğlum mayın 2-də Bakıda dünyaya gəldi. Bu, Azərbaycana mənim üçün etdikləri hər şeyə görə təşəkkürdür. Ümid edirəm ki, o, böyüyəcək, məndən daha yaxşı və daha böyük uğurlara nail olacaq.

- Bir dəfə avtomobil qəzası keçirmiş və buna görə çoxlu pul xərcləmişdiniz. Demişdiniz ki, bu, sizin üçün dönüş nöqtəsi oldu. Nə mənada?

- Yaxşı yadımdadır. Özüm qəza törətməmişdim, amma maşınımı vurmuşdular. Deməli, "Mercedes"imi təmirə vermişdim, amma aparıb harasa vurmuşdular. Nənki pul almaq, əksinə, həmin şəxsi buraxmaları üçün 150 manat da verdim. Onu bağışladım, çünki 4 uşağı vardı. Gürcüstan vətəndaşı idi. Bir sözlə, ona problem yaratmadım.

- Bu, hansı ildə, harada oynadığınız vaxt baş vermişdi?

- O vaxt mən "Neftçi"də oynayırdım və məhz "Qəbələ"yə keçirdim. Özümə kreditlə maşın almışdım. Yadımdadır ki, o zaman Qurban Bayramı, həmçinin, mənim doğum günüm, yəni, 12 sentyabr idi.

- Hadisə 2016-cı ildə sizin 25 yaşınız olarkən baş verib. Həyatınızda dönüş nöqtəsi yaratdığını dediyiniz həmin hadisədən necə çıxdınız?

- 45 min dolları tam ödədim, amma növbəti gün maşınımı yenə vurdular. Sonra bu pulun qat-qat artığı mənə geri qayıtdı. Bəlkə də ona görə ki, mənə 5 min dollar zərər vuran adamı bağışladım.

- Həm milli, həm də klublarda bir çox baş məşqçi ilə işləmisiniz. Onlardan hansını karyeranız baxımından unutmazsınız?

- İşləmək nəsib olan hər bir baş məşqçiyə minnətdaram. Robert Prosineçkiyə xüsusi təşəkkür edirəm, Azərbaycan millisində çıxış etməyə onunla başladım. Hamı ona "çağırma, o elədir, belədir" deyəndə mənə inandı. "Qəbələ"də Roman Qriqorçukla taktikanı və futbolda bir çox şeyi öyrəndim. O, mənə inandı və yüksək səviyyədə oynamaq imkanı verdi.

- Bir vaxtlar sizi oynatmadığı üçün Qurban Qurbanovdan incidiyiniz deyilirdi, doğrudanmı elədir?

- Qurban Qurbanovla heç vaxt fikir ayrılığımız olmayıb. Əksinə, o da məni milliyə çağırdı və inandı. Buna görə Qurban Qurbanova çox minnətdaram. İşləmiş olduğum hər bir baş məşqçiyə təşəkkür edirəm.

- Azərbaycanda son olaraq "Hypers Guba"da çıxış etmisiniz. Yaşıdlarınızın bəziləri aşağı liqalarda top qovur, bəziləri isə Premyer Liqada. Hazırki durumda özünüzü hara layiq görürsünüz?

- Bəli, mən II Liqada oynamışam, səviyyə çox zəifdir. Futbolçuların gedəcək yeri yoxdur, ona görə də I və II Liqada oynamağa məcbur qalırlar. Bəziləri isə xaricə gedib, orada çıxış edir. Aşağı liqaları inkişaf etdirmək lazımdır, o zaman futbolçular arasında rəqabət olacaq.

- Karyeranızı bitirmək barədə düşünürsünüzmü? Ruslan Qurbanova vida matçı keçirilsə, bunu hansı klubdan gözləyir?

- İstərdim ki, bunu "Neftçi"də edim. Amma təəssüf ki, bu, baş verməyəcək, o dövrlər artıq keçdi. Mən 18 yaşımda "Neftçi"yə gəldim və futbol yoluma orada başladım. Çox istərdim ki, elə orada da başa vurum.

- Özünüzü məşqçi kimi görürsünüzmü? Azərbaycanda hansısa klubdan təklif almısınızmı və ya gözləyirsinizmi?

- Heç bir təklif almamışam və gözləmirəm də. Azərbaycanda klublara və yığmalara baş məşqçi kimi rəhbərlik etməyə layiq çoxlu yerli məşqçilər var. Əlbəttə, nə vaxtsa belə bir təklif gələcəksə, düşünərəm.

- Buradan sizi sevən azarkeşlərə, insanlara nə demək istərdiniz?

- Məni dəstəkləyənlərə, dəstək olanlara, haqqımda pis danışanlara və tənqid edənlərə təşəkkürümü bildirirəm. Siz olmadan mən indiyə qədər oynaya bilməzdim. Evinizdə sülh, daimi rahatlıq, sakitlik və gülüş olsun. Mən Azərbaycana böyük sevgi ilə bağlıyam və bu, həmişə qəlbimdədir.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:22

"Karvan" Şri Lanka millisinin futbolçusu Samuel Durrantı transfer edib

Futbol
Bu gün, 01:20

Bahadur Həziyev yenidən "Səbail"ə qayıtdı

Olimpiada
Bu gün, 00:53

Skopye-2025: Azərbaycanın medal sıralamasında yeri və nəticələri - SİYAHI

Futbol
Bu gün, 00:40

Adil Şükürov "Şamaxı" ilə oyundan sonra: "Boşluqlarımız çoxdur, çalışmalıyıq"

Digər
Bu gün, 00:19

Dövlət qurumları əməkdaşları arasında stend atıcılığı yarışının qalibləri müəyyən edilib - FOTO

Olimpiada
Bu gün, 00:17

Azərbaycan millisi Skopye-2025 EYOF-u 10 medalla 17-ci yerdə tamamlayıb

Basketbol
Bu gün, 00:15

Azərbaycanın U-18 basketbol yığması Avropa çempionatında Ukraynaya məğlub oldu

Futbol
Bu gün, 00:06

"Karvan" klubu Şri Lanka millisinin üzvü Samuel Durrantı transfer edib

Futbol
Bu gün, 00:05

Portuqaliyanın bombardiri Viktor Dyökereş "Arsenal"a transfer olub

Boks
Dünən, 23:30

UFC tarixində yeni nokdaun rekordu: Nquenin 6 nokdaunu

Futbol
Dünən, 23:20

"Səbail" Bahadur Həziyevi geri qaytardı - Rəsmi

Futbol
Dünən, 22:59

Mahir Emreli "Kayzserslautern"in "Roma" ilə matçında 45 dəqiqə oynayıb

Futbol
Dünən, 22:55

Renat Dadaşovun komandası səfərdə "Poqon"a böyük hesabla uduzub

Futbol
Dünən, 22:43

"Neftçi" "Asteras Tripolis" ilə oyundan əvvəl son məşqini keçirdi

Futbol
Dünən, 22:32

Viktor Gyökereş RƏSMƏN "Arsenal"da!

Futbol
Dünən, 22:25

"Fənərbaxça" Milan Şkriniarı almaq üçün PSJ ilə danışıqlara başlayıb

Olimpiada
Dünən, 22:10

Azərbaycanlı idmançılar Avropa Gənclər Paralimpiya Oyunlarında daha 6 medal qazanıblar

Futbol
Dünən, 21:54

Filip Ozobiç "Turan Tovuz"un oyunçusu oldu

Futbol
Dünən, 21:26

"Qarabağ" - "Şelburn" oyununa 11000 bilet satılıb

Basketbol
Dünən, 21:09

Azərbaycan qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib

Futbol
Dünən, 21:00

"Şamaxı" "Kəpəz"i yoxlama matçında darmadağın etdi

Cüdo
Dünən, 20:57

Sübhan Axundov: "Hər yarış bir təcrübədir"

Basketbol
Dünən, 20:56

Azərbaycan 3x3 basketbol millisi Dünya Seriyasının 1/4 finalında - YENİLƏNİB

Futbol
Dünən, 20:52

"Turan Tovuz" Filip Ozobiçi transfer etdi - Rəsmi

Oxşar xəbərlər