top
Aqil Nəbiyev: Turnirdə ən azı yeddi xal toplamalı idik Idman.biz
Bu gün, 15:32
- +

Aqil Nəbiyev: "Turnirdə ən azı yeddi xal toplamalı idik"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda ən azı yeddi xal toplamalı idi.

Bunu sözügedən yığmanın baş məşqçisi Aqil Nəbiyev deyib.

O, Bolqarıstanda təşkil olunan oyunlarla bağlı danışıb.

"İlk matçda Bolqarıstana qarşı çıxış etdik. Düzdür, matça daha kontrollu və istədiyimiz kimi başladıq. Lakin təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq, bərabərliyi təmin etdik, hətta qələbə qolunu da vura bilərdik. Ümumilikdə turnir ərzində hücumçularımızın "dişsizliy"i, son vuruşlarda düzgün qərar verə bilməməyimiz əsas problem oldu. Nəticədə hər üç görüşdə heç-heçə etdik", - deyə o, report.az-a açıqlamasında bildirib.

Mütəxəssis bildirib ki, komanda bundan da yaxşı nəticələr əldə edə bilərdi:

"Bu turnirdə oyun baxımından ən azı yeddi xal toplamalı idik. Hətta bəlkə doqquz xal da mümkün olardı. Dediyim kimi, yaranan fürsətləri boşa verməsəydik, bu gün üç qarşılaşmada heç-heçə yox, minimum iki qələbə və bir heç-heçəyə nail olardıq. Sevindirici məqam odur ki, hücumda kifayət qədər epizod yaradırıq. Lakin əsas problem son vuruşlarda və yekun qərarların verilməsindədir".

A.Nəbiyev ümumilikdə turnirdən razı qaldığını söyləyib:

"Çünki komandada istək, xarakter və mübarizə ruhu hiss olunur. Oyuna yanaşmamız müsbət idi – daha çox hücum edən, topa nəzarət edən və rəqibə təzyiq göstərən tərəf idik. Lakin dediyim kimi, əsas çətinlik rəqibin cərimə meydançasında ortaya çıxır. Orada son qərarlar və son vuruşlar istədiyimiz səviyyədə olmur və bu da nəticəyə təsir edir".

Baş məşqçi son vuruşların daha yaxşı olması üçün klubların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:

"Bildiyiniz kimi, milli komandalarda toplanışlar cəmi 3-4 gün davam edir. Bu müddətdə futbolçulara çox şey qazandırmaq çətindir. Daha çox taktiki hazırlıq üzərində işləyirik, fərdi inkişaf üçün isə geniş imkan olmur. Buna baxmayaraq, yenə də futbolçularla həm fərdi, həm də qrup şəklində işləməyə çalışırıq. Amma 3-4 gün ərzində oyunçuların keyfiyyətini və səviyyəsini ciddi şəkildə artırmaq mümkün deyil. Bu baxımdan əsas iş klubların üzərinə düşür. Futbolçular xüsusilə son vuruşlar, ötürmələr və qərarvermə üzərində fərdi şəkildə çox çalışmalıdırlar. Eyni zamanda, klublarında da bu istiqamətdə daha çox işləmələri vacibdir".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Bolqarıstan (1:1), Litva (0:0) və Malta (2:2) ilə heç-heçə edib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:15

Roberto Martinesdən Kriştianu Ronaldunun gələcək karyerası ilə bağlı açıqlama

Futbol
Bu gün, 17:14

"Milan" Andrey Kostiçi transfer etdi

Voleybol
Bu gün, 17:08

Cavid Süleymanov: "Neftçi"ni faiz hesablamadan məğlub edəcəyik

Futbol
Bu gün, 17:06

"Mançester Yunayted" Juan Qomesi Kazemironun əvəzedicisi kimi görür

Futbol
Bu gün, 17:01

Keçmiş klub prezidentindən "Kosovo - Türkiyə" matçı ilə bağlı ŞƏRH

Futbol
Bu gün, 17:00

Elvin Məmmədov: "Hazırda yığmamız üçün Avropada asan rəqib anlayışı yoxdur"

Güləş
Bu gün, 16:57

Azərbaycan U-20 sərbəst güləş millisi Türkiyədə təlim-məşq toplanışına başlayır

Basketbol
Bu gün, 16:54

Qadın Basketbolçularımızın AVRO-2029 Seçim Rəqibləri Açıklandı: İsveçrə, İslandiya və İrlandiya

Digər
Bu gün, 16:41

Ronaldunun oğlu və Beatris: Şayiə, yoxsa AI manipulyasiyası?

Futbol
Bu gün, 16:40

"Nyukasl" Eddi Houya Avrokubok vəsiqəsi şərti qoydu

Basketbol
Bu gün, 16:25

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub

Cüdo
Bu gün, 16:20

Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək

Futbol
Bu gün, 16:17

DÇ-2026-ya vəsiqə uğrunda son oyunlar: İdman.Biz-in icmalı

Basketbol
Bu gün, 16:05

Məşhurlaşan model nişanlısını sildi: Şok addım

Futbol
Bu gün, 16:00

Bədavi Hüseynov Azərbaycan millisində ən çox oyun keçirən 3-cü futbolçu oldu

Futbol
Bu gün, 15:58

İtaliyalı qadın futbol müxbirlərinin həm görünüşləri, həm də peşəkarlıqları müzakirəyə səbəb olub

Boks
Bu gün, 15:56

"Böyük İpək Yolu" turnirində iştirak edəcək ölkələr və idmançıların sayı açıqlanıb

Voleybol
Bu gün, 15:50

Viktor Boldarev "Neftçi"nin finala çıxmaq şanslarını qiymətləndirib

Futbol
Bu gün, 15:48

"Barselona" Jerar Martinlə müqavilənin uzadılması üçün danışıqlara başlayıb

Futbol
Bu gün, 15:40

Bolqarıstan millisinin sabiq qapıçısı Borislav Mixaylov vəfat edib

Futbol
Bu gün, 15:20

Aqil Nəbiyev: "Avropa çempionatının seçmə mərhələsinin II raundunda 7 xal toplamaq mümkün idi"

Futbol
Bu gün, 15:20

Paulo Dibala "Fənərbağça" və "Qalatasaray"ın maraq dairəsindədir

Cüdo
Bu gün, 15:15

Gəncədə Yeniyetmə Cüdoçular arasında Avropa Kubokunda 11 Ölkənin İdmançıları Mübarizə Aparacaq

Oxşar xəbərlər