Fransalı hücumçu Antuan Qrizmann, görünür, Madrid "Atletiko"sunda son mövsümünü keçirir.
İdman.Biz xəbər verir ki, məşhur insayder Fabritsio Romano "here we go"(Getdik) qeydi ilə futbolçunun "Orlando Siti" ilə şifahi razılığa gəldiyini bildirib.

35 yaşlı oyunçu Avropada cari mövsüm başa çatdıqdan qısa müddət sonra – iyul ayında MLS klubunun sıralarına qoşulacaq.
Mənbənin məlumatına görə, Qrizmann artıq bu həftə "Orlando Siti" ilə ikiillik müqaviləyə imza ata bilər.