top
Anatoli Nuriyev: Sabahda baş məşqçi şans vermirdi, ona görə də Zirəyə keçdim Sport24.az
15 fevral 2026, 10:30
- ↺ +

Anatoli Nuriyev: "Sabah"da baş məşqçi şans vermirdi, ona görə də "Zirə"yə keçdim

"Zirə"nin yeni transferi Anatoli Nuriyev Misli Premyer Liqasının XX turunda "Karvan-Yevlax"ı məğlub etdikləri oyundan (1:0) sonra Sport24.az-a müsahibə verib.

- "Karvan-Yevlax"la görüşdə "Zirə"nin heyətində debüt etdin. Təəssüratların necədir?
- Müəyyən fasilədən sonra ilk dəfə meydana çıxırdım. Sonuncu dəfə ötən ilin noyabrında milli komandada forma geymişdim. Buna görə də müəyyən çətinlik var idi. Ümid edirəm zamanla formamı bərpa edəcəm. Mövsümün sonuna hələ 3 ay var.

 

- "Zirə"yə keçidin necə alındı?
- Təklif gəldi. Danışıqlar apardıq və razılaşdıq. Mən oynamaq istəyirəm, futbolçuyam və daim ehtiyatda qala bilmərəm. Bu, psixoloji cəhətdən də çətindir. Ona görə də klubumu dəyişmək istədim.

 

- Rəşad Sadıqov oyun sonrası mətbuat konfransında bildirdi ki, keçidin üçün "Sabah"a müraciət ediblər...
- Bəli, müraciət olub. Lakin mən hələ dekabrda "Sabah"dan getmək istəyirdim. Klub isə məni buraxmaq istəmirdi. Sonradan güzəştə getdilər.

 

- Başqa təkliflərin var idi?
- Var idi. Lakin indi bu haqda danışmaq əhəmiyyətsizdir. Dediyim kimi, mən daim oynamaq istəyirəm. Bunun üçün məşqlərdə əlimdən gələni edəcəm.

 

- Nə baş verdi ki, birdən-birə "Sabah"ın ehtiyat oyunçusuna çevrildin?
- Komanda hazırda yaxşı forma yığıb. Mənim mövqeyimdə də oynayan futbolçular var. Baş məşqçi şans vermirdi. Mən nə edə bilərəm? Meydana çıxmaq üçün çalışırdım. Futbolda belə hallar olur. Qəribə heç nə yoxdur.

 

- "Sabah" çempion olsa, klubunu dəyişdiyin üçün peşman olmayacaqsan?
- Mən buna yalnız sevinə bilərəm. 3 il yarım "Sabah"da oldum. Futbol həyatı belədir, gec-tez klubunu dəyişirsən. Ona görə də heç nəyə təəssüflənməyəcəyəm. Ümid edirəm ki, "Zirə"dəki karyeram uğurlu alınar.

 

- Bu günlərdə UEFA Millətlər Liqasının püşkü atıldı. Qrupdakı rəqibləri necə dəyərləndirirsən?
- Yaxşı püşkdür. Deməzdim ki, Litva və Lixtenşteyn elə də güclü deyillər. Açığı, son zamanlar oyunlarını görməmişəm. İstənilən halda məqsəd C divizionuna yüksəlməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Futbol
Bu gün, 18:32

"Mançester Yunayted" Didye Deşamla əlaqə saxlayır

Futbol
Bu gün, 18:22

Braziliyada futbol oyunu zamanı futbolçunun pariki başından düşdü

Futbol
Bu gün, 18:21

Neftçi, 6 noyabrda Kəpəzlə qarşılaşacaq

Futbol
Bu gün, 18:18

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Minifutbol
Bu gün, 18:17

Elvin Quliyev: "Futsalda gənc oyunçulara şans veririk, inkişaf etməsini istəyirik"

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Futbol
Bu gün, 17:17

Ronaldo Azərbaycan millisinə qarşı dubl etdi: Onun beynəlxalq karyerasındakı 13-cü və 14-cü qolları

Futbol
Bu gün, 17:14

“Ayın qolu” layihəsinin oktyabr ayı qalibləri bəlli oldu

Futbol
Bu gün, 17:13

İspaniyada futbolçu 18 yaşlı hakimi hücum etdikdən sonra 1 illik disvalifikasiya edildi

Oxşar xəbərlər