top
Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş Bakı Kuboku başa çatdı: Nəticələr və mükafatlar Sport24.az
21 mart 2026, 17:30
- ↺ +

Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" başa çatdı: Nəticələr və mükafatlar

"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz "9 nömrə" Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri başa çatıb. Sport24.az xəbər verir ki, 2015-ci il təvəllüdlü futbolçular arasında "Palms Sports" Futbol Mərkəzində keçirilən turnirin sonuncu günündə 4 oyun baş tutub.

 

7-ci yer uğrunda matçda "Neftçi" "Göztəpə"yə (Türkiyə) 4:1 hesabı ilə qalib gəlib. 5-ci yer uğrunda görüşdə isə "Beşiktaş" (Türkiyə) "Ulduz"u eyni hesabla məğlub edib.

 

 

"Qarabağ"ı 3:1 hesabı ilə üstələyən Voronej "Dinamo"su (Rusiya) 3-cü, "Kayrat"ı (Qazaxıstan) 1:0 hesabı ilə məğlub edən "Dinamo" (Moskva) 1-ci yeri tutub.

 

 

Final matçından sonra turnirdə iştirak edən ölkələrin dövlət himnləri səsləndirilib. Ardından "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer, "Dinamo" (Moskva) Futbol Akademiyasının direktoru Aleksandr Kuznetsov və digər rəsmi şəxslər çıxış ediblər. Daha sonra əfsanəvi futbolçu Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskaya və digər qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

 

Mükafatlandırma mərasimində "Qələbə əzminə görə" mükafatı "Neftçi"nin futbolçusu Salman Səlimova, "Ən yaxşı futbolçu" mükafatı isə Voronej "Dinamo"sunun üzvü Maksim Krutskixə verilib.

 

 

"Ən yaxşı qapıçı" mükafatı Ponteley Moriniçev ("Dinamo", Moskva), "Ən yaxşı müdafiəçi" Aleksandr Volodin ("Dinamo", Moskva), "Ən yaxşı yarımmüdafiəçi" Aleksandr Aksyonov ("Dinamo", Voronej), "Ən yaxşı hücumçu" Radmir Ştanko ("Kayrat", Almatı), "Ən yaxşı futbolçu" isə Abılay Temirbulatova ("Kayrat", Almatı) təqdim edilib.

 


Voronej "Dinamo"suna bürünc, Almatı "Kayrat"ına gümüş, Moskva "Dinamo"suna isə kubok və qızıl medallar təqdim edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər