"Barselona"nın baş məşqçisi Hans-Diter Flik son aylarda komandanı tərk edəcəyi deyilən Rafinya ilə bağlı qərar verib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcının Rafinya üçün böyük planları var və braziliyalını yeni komandasında əsas oyunçu kimi görür. Rafinyanın "Barselona"da qalacağı gözlənilir.
Braziliyalı iki il əvvəl 58 milyon avroya "Lids"dən transfer olunub.
Qeyd edək ki, 27 yaşlı futbolçu La Liqanın son mövsümündə kataloniyalarının heyətində 6 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.