"Milan"dan ayrılan Massimiliano Alleqri "Napoli"yə rəhbərlik edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Neapol klubu mütəxəssislə danışıqlara başlayıb. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilib.
Alleqri bu ay "Milan"la vidalaşıb. Komanda onun başçılığı altında A Seriyasında mövsümü 70 xalla 5-ci sırada bitirib.