"Qarabağ"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev Bakıdakı həyatının özəlliklərindən danışıb. Sport24.az xəbər verir ki, "milliləşdirilmiş" futbolçu bununla bağlı "Championat"ın müxbiri Oleq Lısenkoya eksklüziv müsahibəsində danışıb:
"Uşaq olanda həyətdəki dostlarımın arasında çox millətin nümayəndəsi var idi. Krasnoyarskdakı azərbaycanlı dostlarımdan ölkənin mətbəxi və mədəniyyəti haqqında çox şey eşitmişdim. Bakıda alışmağım tək şey uzun sürən tıxaclar oldu. Yəqin ki, onları Moskvadakı ilə müqayisə etmək olmaz, amma burada da çox böyük tıxaclar var.
Düşünürəm ki, bu qədər ildən sonra danışığımda cüzi ləhcə yaranıb. Başa düşürəm ki, mən bura qonaq kimi gəlmişəm və yerli mədəniyyətə hörmət etməliyəm. Burada adət və ənənələr var. Mən kiməm ki, bu qaydaları pozum və ya öz qaydalarımı təqdim edim? Əlbəttə, belə bir şey yoxdur".
Qeyd edək ki, İsayev Krasnoyarsk futbolunun yetirməsidir. O, əvvəllər "Yenisey", "Zenit-2" və Sumqayıt" və "Sabah"ın formasını geyinib.