"Əlimdən gələnin ən yaxşısı etməyə çalışdım. Mənim üçün yaxşı təcrübə oldu. Amma daha da yaxşı mövsümü keçirə bilərdim. Azərbaycanda qalası olsam növbəti mövsümdə daha yaxşı olacam". Bu sözləri Sport24.az-a açıqlamasında Aleksandr Ramalinqom deyib.
Bombardirlər yarışında ikinci olan madaqaskarlı yeni mövsümdə daha çox qol vurmaq, Premyer Liqanın ən sərrast futbolçusu olmaq istədiyini də vurğulayıb: "15 qolla bombardirlər sırasında ikinci oldum. Bunun üçün çox xoşbəxtəm. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Onlar fərqlənməyim üçün şərait yaradırdılar. Yenə deyirəm, Azərbaycanda qalsam, məqsədim gələn mövsüm daha çox qol vurmaq və bombardir olmaqdı".
"Səbail" ilə müqaviləsinin müddəti başa çatan31 yaşlı hücumçu gələcək karyerası ilə bağlı da danışıb: "Agentim bəzi klublarla danışıq aparır. Böyük ehtimalla, "Səbail"də olmayacam. Hansı klubla anlaşacağım yaxın günlərdə məlum olacaq".
ABDULLA İSMAYILOĞLU