top
Ağasəlim Mircavadov: “Neftçi” oyunu ilə medal qazanmağa layiq deyil” İdman.biz
06 may 2024, 17:02
- ↺ +

Ağasəlim Mircavadov: “Neftçi” oyunu ilə medal qazanmağa layiq deyil”

"Mən "Neftçi"liyəm. Orda doğulmuşam, orda böyümüşəm, orda işləmişəm. "Neftçi" əzizimiz sayılır. Onların belə oyunu ürəyimizi ağrıdır".

Bunu "İdman Bizdə"nin qonağı olan AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

"Neftçi"nin sabiq baş məşqçisi "ağ-qaralar"ın hazırkı durumunu dəyərləndirib. O bildirib ki, komandada əsas problemlərdən biri baş məşqçisini tez-tez dəyişməsidir: "Sabiq futbolçularla bu barədə çox danışırıq, hətta bu gün Məşqçilər Komitəsinin üzvləri bundan danışdıq. Hər 3, 6 aydan bir məşqçi dəyişikliyi olmaz. Baş məşqçi seçimi çox vacib amildir. Heç olmasa 2-3 il vaxt verilməlidir. Elə məşqçi seçilməlidir ki, o, ailə yarada bilsin. Komanda bir ailədir. Onun böyüyü baş məşqçidir. Çalışdırıcının da böyüyü klub prezidentidir. Rəhbərlə baş məşqçi arasında münasibətlər sıx olmalıdır. Klubda futbola aid nə varsa baş məşqçi etməlidir. Bizdə əvvəllər futbolçu məşqçiyə görə oynayırdı. Amma indiki "Neftçi"də bu yoxdur. Oyunlarda ürək qoymurlar, istək yoxdur. Arada matçlarına baxanda deyirəm ki, görəsən bunlar məhəllə futbolu oynayıblar? Məhəllədə yaş uyğunluğu olmasa da, istək olur. Adil Şükürov "Kəpəz"ə gələndən sonra onlar istəkli oynayırlar. Onu mən "Neftçi"də görmürəm".

Mircavadovun sözlərinə görə, "Neftçi"nin "Qarabağ"dan xal ala bilməməsi üzücü haldır: "8 klub "Qarabağ"dan xal alıb. Təkcə "Neftçi" bunu bacarmayıb. Onlar ağdamlılara qarşı 2-si kubokda olmaqla 6 oyun oynayıblar. Bu, biabırçılıqdır. Söhbət nəticədən getmir. Söhbət oyunun mahiyyətindən, futbolçuların istəyindən, komandanın durumundan gedir. Həddindən artıq qəribə vəziyyətdir. "Neftçi" oyunu ilə medal qazanmağa layiq deyil. Rəhbərlik böyük iş görməlidir".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 33 turdan sonra topladığı 50 xalla 5-cidir.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Oxşar xəbərlər