top
Ağadadaş Ağayev: “Neftçi” ənənəni davam etdirə bilmir, “Qarabağ”ı sevirəm” - MÜSAHİBƏ İdman.biz
14 may 2024, 13:39
- ↺ +

Ağadadaş Ağayev: “Neftçi” ənənəni davam etdirə bilmir, “Qarabağ”ı sevirəm” - MÜSAHİBƏ

Xalq artisti Ağadadaş Ağayevin İdman.biz-ə müsahibəsi

- Futbol sevginizdən xəbərdar olduğumuz üçün söhbətə elə bu idman növünün gündəm mövzusu ilə başlamaq istərdim. Hazırda boş olan Azərbaycan milli komandasında baş məşqçisi postunda kimi görürsünüz?

- Qurban Qurbanovun qısamüddətli fəaliyyətini çıxmaq şərtilə, milli komandamıza Berti Foqtsdan sonra gələnlərin hamısı almaniyalının qohum-əqrəbəsi idi. Gəlib fokus göstərib getdilər. Hazırda ya Qurban Qurbanov, ya da Nazım Süleymanov bu işi görə bilər. Mən onların potensialını bildiyim üçün bunu deyirəm, onlar haqq-ədalətlə işləyəcəklər. İkisini də çox yaxşı tanıyıram, hətta ikisinin də toyunu oxumuşam. Nazim Süleymanov bir o qədər də populyar olmaya bilər, ancaq Vladivostokda ona böyük sevgi var. Orda o Azərbaycanın adını göylərə qaldırıb. Vladivostokda bir kəlmə de ki, Nazimin yerlisiyəm, gör səni necə qarşılayacaqlar.

- "Qarabağ", yoxsa "Neftçi"?

- "Qarabağ". Neftçi gənclik illərimdə tək futbol komandası olduğu üçün ona baxırdım. Bir müğənni uğursuzluğa doğru gedirsə, onu sevənlər neynəməlidir? Çalışmır, yaratmır, nəticə vermir. Bu, idmanda da belədir. Sən nəticə ver ki, mənim "Neftçi"im ol. Sovet dövründə Azərbaycanın tək komandası "ağ-qaralar" idi. O vaxt mənim üçün "Neftçi" başqa bir zirvə idi. Bu gün isə həmin ənənəni davam etdirə bilmir. Ona görə də "Qarabağ"ı sevirəm. Bu komanda dünya səhnəsinə çıxır. Bu gün Azərbaycanı Avropada ən yaxşı təmsil edən yeganə komandadır. Qurban Qurbanov yaxın dostumdur, onun toyunda da, futbolla vida mərasimində də mən oxumuşam. Həmin gün 10 minlərlə tamaşaçının qarşısında konsert verdim. Vida konsertinin rejissoru da, ssenaristi də mən oldum. Əlim o qədər yüngüldür ki. Musa Qurbanovun toyunu da mən oxumuşam.

- Necə düşünürsünüz, Qurban Qurbanov oyunçu kimi daha yaxşı idi, yoxsa məşqçi kimi?

- Məşqçi kimi. Oyunçu kimi məşqçiliyindən çox aşağıda durur. Düzdür, yaxşı zərbələri də olub, ancaq çox fürsətləri qaçırırdı. Bu gün isə o, müasir futbola, taktiki gedişləri, baxışı, fəlsəfəsi ilə o qədər yaxındır ki... Qurduğu oyuna baxanda elə bilirəm ki, "Barselona"nı izləyirəm.

- "Qarabağ"da xüsusilə oyununu bəyəndiyiniz bir futbolçu varmı?

- "Qarabağ"da heç vaxt fərdi oyunçu önə çıxmır. Burdakı uğurlar komanda şəklində görünür. Ümumilikdə, Azərbaycan futbolundan danışırıqsa, Emin Mahmudovun adını çəkə bilərəm. Əslində, Şahruddini də çox bəyənirdim. Onda kişi xarakteri çox qabarıqdır, ona görə də, bəzən qapıçıya zərər gətirən reaksiyaları olurdu. Türkiyəyə gedəndən sonra daha da peşəkarlaşıb.

- Həm də "Qalatasaray"ın azarkeşisiniz. Niyə məhz bu komanda?

- "Qalatasaray" Türkiyə səviyyəsində elit komandadır. Söhbət təkcə kklubun özündən yox, həm də izləyicilərindən gedir. Tamaşaçılarına diqqət etsəniz, nə demək istədiyimi anlayacaqsınız. Başqa komandalarda bunu görmək olmur. O camiə əvəzolunmazdır. Deyərdim ki, "Qalatasaray" türk dünyasının ən elit futbol komandasıdır.

- Azərbaycan çempionatında "Qarabağ"dan başqa, azarkeşlik etdiyiniz komada var?

- Qarabağdan sonra kimin haqqında nə xoş söz deyim? Nəticələr ortadadır.

- Azərbaycan futbolunun bugünkü durumu sizi qane edir?

- Təəssüf ki, qəti surətdə qane etmir. Kaş ki, belə olmazdı. Azərbaycan futbolu bu gün inkişafa yox, tənəzzülə gedir.

- Bəs futboldan savayı izlədiyiniz idman növləri hansılardır?

- Bir müddət öncə qadınlardan ibarət voleybol komandamız dünya arenasına çıxa bildi. Ancaq nəticələr istədiyimiz səviyyədə olmadı. Hazırda fərdi idman növləri bizdə daha çox öndədir.

- İllər öncə minifutbol stadionu inşa etdirmişdiniz. Hazırda həmin arena fəaliyyət göstərir?

- Bəli. Çamurda, palçıqda oynayan uşaqlar indi xalçanın üstündə oynayırlar. O stadionun əvəzinə yaxşı bir obyekt də aça bilərdim. Çox sevinirəm ki, bunu etmişəm.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Oxşar xəbərlər