top
Afrika Kubokunun final qalmaqalına görə Seneqal və Mərakeş cəzalandırıldı Idman.biz
29 yanvar 2026, 14:51
- ↺ +

Afrika Kubokunun final qalmaqalına görə Seneqal və Mərakeş cəzalandırıldı

Afrika Futbol Konfederasiyası qalmaqallı Afrika Millətlər Kuboku (CAF) finalından sonra Seneqal və Mərakeş yığmaları ilə bağlı intizam qərarlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, ən sərt cəzalar Seneqal tərəfinə tətbiq olunub.

Yığmanın baş məşqçisi Pap Tiyav qeyri-idman davranışı və futbolu nüfuzdan salmaq ittihamı ilə CAF turnirlərində beş oyunluq diskvalifikasiya edilib. Mütəxəssis eyni zamanda 100 min dollar (170 min AZN) məbləğində cərimələnib. Qeyd edək ki, Tiyav komandası ilə birlikdə meydanı tərk etmişdi.

Seneqal millisinin futbolçuları İliman Ndiaye və İsmaila Sarr hakimə qarşı qeyri-idman davranışına görə CAF yarışlarında 2 oyunluq diskvalifikasiya olunublar. Bundan əlavə, Seneqal Futbol Federasiyası azarkeşlərin polisə qarşı aqressiv davranışına görə 300 min dollar (510 min AZN), futbolçular və məşqçilər heyətinin meydanı tərk etməsinə görə isə əlavə 300 min dollar (510 min AZN) cərimə alıb.

Mərakeş tərəfi də cəzasız qalmayıb. Əşrəf Hakimi CAF turnirlərində iki oyunluq diskvalifikasiya edilib, həmin cəzalardan biri şərti xarakter daşıyır. İsmail Saybari isə rəqib qapıçıya dəsmalın ötürülməsinə mane olduğu üçün üç oyunluq diskvalifikasiya ilə yanaşı 100 min dollar (170 min AZN) cərimələnib.

Mərakeş Futbol Federasiyasına da bir neçə maddə üzrə maliyyə sanksiyası tətbiq olunub. Bolboyların davranışına görə federasiya 200 min dollar (340 min AZN), VAR baxış zonasına daxil olan oyunçu və məşqçilərə görə 100 min dollar (170 min AZN), azarkeşlərin lazerlərdən istifadəsinə görə isə 15 min dollar (25 500 AZN) cərimə ödəyəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 11:41

Kanada, Rusiya idmançılarının neytral statusda iştirakına icazə verməsi səbəbindən iki beynəlxalq su idmanı turnirindən məhrum edildi

Futbol
Bu gün, 11:35

"İnter" baş məşqçisi Kivu: "Məqsədimiz uğurlu mövsümü təkrarlamaqdır"

Futbol
Bu gün, 11:30

Joao Feliks "Əl-Nəsr"dən Avropaya qayıtmaq istəyir

Futbol
Bu gün, 11:29

Azərbaycanın U-19 qadın futbol millisi Avropa çempionatı seçməsində Şimali Makedoniya ilə qarşılaşacaq

Cüdo
Bu gün, 11:25

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyadakı üçhəftəlik toplanışını başa vurub

Futbol
Bu gün, 11:22

"PSJ evdə Lorianı 2:0 məğlub edərək liderliyini qorudu"

Futbol
Bu gün, 11:21

Atletiko Ademola Lukman transferi üçün təklifləri nəzərdən keçirir

Futbol
Bu gün, 11:13

Polşa jurnalisti Levandovskinin Çikaqo Fayrdakı çıxışını uğursuz hesab edib

Futbol
Bu gün, 11:12

"Bavariya" rəsmisi Musialanın zədəsi haqqında: "Bu, insan faciəsidir"

Boks
Bu gün, 11:05

Azərbaycan U-23 boks yığması Poreç Avropa çempionatında 4 medal qazanıb

Voleybol
Bu gün, 11:00

Superliqada beşinci turun son oyunu keçiriləcək

Futbol
Bu gün, 10:55

PSJ "Loryen"i məğlub edərək məğlubiyyətsizlik seriyasını 14 oyuna çatdırdı

Futbol
Bu gün, 10:54

İkinci Liqada 13-cü turun üç qarşılaşması bu gün keçiriləcək

Futbol
Bu gün, 10:45

Anri: Arsenal hazırda çempionluq mübarizəsində ən etibarlı komandadır

Futbol
Bu gün, 10:45

Ronalddan Interə keçidinin səbəbi: daha yaxşı maaş

Futbol
Bu gün, 10:45

Fənərbağçadan Lukaku və iki futbolçu ayrılacaq

Qarabağ FK
Bu gün, 10:42

«Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı»

Futbol
Bu gün, 10:40

Erik Kantona: Manchester United-da məşqçi ilə münasibət

Qarabağ FK
Bu gün, 10:37

"Qarabağ – Sumqayıt: Suraxanı Azersun Arena"da 3 xal üçün mübarizə"

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Futbol
Bu gün, 10:23

«Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır»

Oxşar xəbərlər