top
AFFA və Roundglass Living Azərbaycan futbolunda mental sağlamlığı dəstəkləyəcək Sport24.az
13 aprel 2026, 13:52
- ↺ +

AFFA və Roundglass Living Azərbaycan futbolunda mental sağlamlığı dəstəkləyəcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə "Roundglass Living" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşma AFFA-nın baş katibi Cahangir Fərəcullayev və "Roundglass Living"in təsisçisi Sunny Singh (Sanni Sinq) tərəfindən rəsmiləşdirilib.

 

3 il müddətinə nəzərdə tutulan razılaşmanın əsas məqsədi ölkənin futbol ictimaiyyətində mental sağlamlığın və ümumi rifahın gücləndirilməsidir. Əməkdaşlıq çərçivəsində AFFA-nın və klubların əməkdaşları, hakimlər, məşqçilər, oyunçular və idman jurnalistləri "Roundglass Living" tətbiqinə çıxış əldə edəcəklər.

 

Platforma istifadəçilərə psixoloji sağlamlıq, zehinlilik, fiziki hazırlıq və emosional dayanıqlığı dəstəkləyən alətlər və məzmun təqdim edir. Şirkətin qurucusu Sunny Singh əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, "Roundglass Living"ın yalnız oyunçular üçün deyil, Azərbaycanda futbol sektorunda fəaliyyət göstərən hər kəs üçün dəstək rolunu oynayır.

 

Tətbiq çərçivəsində istifadəçilərə nəfəs texnikaları, meditasiya proqramları, yoqa sessiyaları, sağlam qidalanma və sağlam yuxu ilə bağlı tövsiyələr, həmçinin musiqi əsaslı rahatlama məzmunları təqdim olunur. Hazırda kommersiya əsaslı bir xidmət olan bu platformadan istifadə AFFA-nın dəstəyi ilə yerli futbol ictimaiyyəti üçün tamamilə ödənişsiz təmin olunacaq. Hazırda tətbiqdəki məzmunlar ingilis dilində təqdim edilsə də, yaxın gələcəkdə istifadəçilərin rahatlığı üçün platformanın digər dillərə də tərcümə olunması planlaşdırılır.

 

Qeyd edək ki, "Roundglass Living" hazırda ABŞ Gənclər Futbol Assosiasiyası (USYS), Yunanıstan Futbol Federasiyası (HFF) və 500-dən çox digər təşkilatla əməkdaşlıq edir, futbol dünyasında rifah təşəbbüslərini dəstəkləyir.

 

Yuxarıda qeyd olunan tərəfdaş qrupların platformada qeydiyyatı və sistemə inteqrasiyası AFFA tərəfindən mərkəzləşdirilmiş qaydada təmin ediləcəkdir.

 

Media nümayəndələri qeydiyyat üçün [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Oxşar xəbərlər