AFFA prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkokda təşkil olunan FIFA-nın 74-cü Konqresində bir sıra görüşlər keçirib. Sport24.az assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, funksioner Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb.
Görüşlər zamanı müxtəlif mövzülarda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.