AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIX turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
"Report"un məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə 4 matçda qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis referi Kamal Umudlunun "Şamaxı" - "Qarabağ" görüşündə qonaqların futbolçusu Bəhlul Mustafazadəyə sarı vərəqə göstərməli olduğunu bildirib.
AFFA Hakimlər Komitəsinin sədri XVIII turda Kamal Umudlunun səhv qərar qəbul etdiyini təsdiqləyib