top
AFFA Eyeball Analitik Platformasının İstifadəsinə Başladı: Futbolun İnkişafında Yeni Mərhələ Sport24.az
06 may 2026, 14:20
- ↺ +

AFFA "Eyeball" Analitik Platformasının İstifadəsinə Başladı: Futbolun İnkişafında Yeni Mərhələ

AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində "Eyeball" analitik platformasının istifadəsinə başlanılıb. Sport24.az xəbər verir ki, layihə həm kişi, həm də qadın futbolunu əhatə edir və artıq U-15, U-16, U-17, U-19 və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları bu sistemə daxil edilib.

 

Bu addım yerli futbolda analitika və rəqəmsal yanaşmanın tətbiqini genişləndirməyə xidmət edir.

 

"Eyeball" platformasının Azərbaycan dili üzrə istifadəsinin də tam təmin olunması planlaşdırılır. Bu yenilik yerli istifadəçilər üçün platformadan daha rahat və effektiv istifadə imkanları yaradacaq, eyni zamanda analitik məlumatların daha anlaşılan formada təqdim edilməsinə töhfə verəcək.

 

"Eyeball" layihəsinin ilkin mərhələsində platformanın Bakı və Abşeron ərazisində fəaliyyət göstərən klublar arasında tətbiqi nəzərdə tutulub. Növbəti mərhələdə isə region klublarının da sistemə qoşulması planlaşdırılır. Eyni zamanda, növbəti mövsümdən etibarən bütün klubların öz ev oyunlarını çəkərək platformaya yükləməsi nəzərdə tutulur.

 

Yüklənmiş oyunlar platforma tərəfindən avtomatik emal olunur və qısa müddət ərzində geniş statistik göstəricilər və analitik məlumatlar formalaşdırılır. İstifadəçilər oyunların tam video görüntüsünü izləməklə yanaşı, konkret epizodları seçə, hadisələr üzrə filtr tətbiq edə və oyun daxilində baş verən bütün əsas məqamları ayrıca analiz edə bilirlər.

 

Bundan əlavə, hər həftə bütün yaş qrupları üzrə "Həftənin rəmzi komandası" hazırlanacaq və platforma üzərindən təqdim olunacaq. Bu isə futbolçuların fərdi performanslarının daha yaxından izlənilməsinə və fərqlənən oyunçuların ön plana çıxmasına əlavə imkan yaradacaq.

 

Eyni zamanda, "Eyeball" platforması üzərindən futbolçuların performans göstəriciləri və oyun görüntüləri xarici klub skautları tərəfindən də izlənilə bilər. Bu isə yerli futbolçuların beynəlxalq səviyyədə daha geniş tanınmasına və onların xarici klublarda çıxış etməsi üçün əlavə imkanların yaranmasına şərait yaradır.

 

Beləliklə, platforma yalnız analiz aləti deyil, həmçinin futbolçuların karyera inkişafına dəstək verən mühüm vasitə rolunu oynayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Oxşar xəbərlər