top
A seriyasının bombardirlərinin statistikası – ARAŞDIRMA İdman.biz
05 iyun 2024, 18:19
- ↺ +

A seriyasının bombardirlərinin statistikası – ARAŞDIRMA

2023/2024-cü illər mövsümündə İtaliya A seriyasında 380 oyuna 992 qol vurulub. Mövsüm ərzində 284 futbolçu rəqib qapısına yol tapıb.

İdman.biz mövsümün ən yaxşı qolçuları ilə bağlı statistikanı diqqətə çatdırır.

A seriyası mövsümünün ən yaxşı bombardiri 33 oyuna 24 qolla "İnter"in argentinalı forvardı Lautaro Martines olub (hər oyuna orta – 0,73).

A seriya tarixinin 36 qolluq rekordu 3 futbolçuya məxsusdur – Cino Rossetti ("Torino", 1928/1929), Qonsalo İquain ("Napoli", 2015/2016) və Çiro İmmobileyə ("Latsio", 2019/2020).

Lautaro Martines A seriyasının bombardiri olan 10-cu argentinalıdır. Bu 10 argentinalının ümumilikdə A Seriyada 12 zəfəri var. Hər iki göstərici İtaliya çempionatında xarici ölkələr üçün rekorddur.

"İnter" futbolçularının İtaliya çempionatında bombardirlik zəfəri 15-ə çatdı. Bundan daha çox yalnız "Milan" təmsilçiləri fərqləniblər – 17 dəfə.

2018-ci ildən "İnter" formasını geyinən Lautaro Martines, ilk mövsümündən başlayaraq hər mövsüm bombardirlər siyahısında əvvəlkindən daha yuxarı pilləyə yüksəlib – 2018/2019-da 6 qolla 49-cu yer, 2019/2020-də 14 qolla 12-ci yer, 2020/2021-də 17 qolla 8-ci yer, 2021/2022-də 21 qolla 3-cü yer, 2022/2023-də 21 qolla 2-ci yer, 2023/2024-də 24 qolla 1-ci yer.

Son 8 mövsümdə bombardir 2-ci yerdə olan rəqibini ən yüksək fərqlə qabaqlayıb. Lautaro Martines bu mövsüm ən yaxın izləyicisini 8 top geridə qoyub. Sonuncu dəfə daha böyük fərq 2015/2016 mövsmündə "Napoli"nin qolçusu Qonsalo İquaninin (36 qol) "Yuventus"dan Paulo Dibalanı (19) 17 qol qabaqlaması olub.

Bombardirlər mübarizəsində 2-ci yeri Duşan Vlahoviç tutub (16 qol). 3-4-cü yerləri 15 qolla Viktor Osimen ("Napoli") və Olivye Jiru ("Milan") bölüşürlər. Albert Qudmundsson 14 qolla 5-cidir. 5 futbolçu hərəyə 13 qolla ilk onluğu tamamlayır – Romelu Lukaku ("Roma"), Markus Türam ("İnter"), Duvan Sapata ("Atalanta/Torino"), Paulo Dibala ("Roma"), Hakan Çalhanoğlu ("İnter").

Mövsümün "penaltilər kralı" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğludur. Türk futbolçu 13 qolundan 10-u penaltidən vurub.

Çalhanoğlu həm də yarımmüdafiəçilər arasında ən çox fərqlənən futbolçudur. "Atalanta"dan Tön Kopmeynersin 12 qolu var.

Müdafiəçilərdən ən çox fərqlənən Federiko Dimarko ("İnter"), Lukas Kuarta ("Fiorentina") və Teo Ernandesdir ("Milan") – 5 qol.

A seriyada məhsuldar ötürmələrdə ən çox fərqlənən "Milan"dan Rafael Leaodur – 9 dəfə. 5 futbolçunun 8 assistentliyi var. Onların arasında bunu daha az oyunda edən Paulo Dibaladır ("Roma", 28 oyunda). Ümumiyyətlə, mövsümdə 283 futbolçu qol assistentliyi edib.

Qol və məhsuldar ötürmələrin ümumi sayına görə A seriyasının lideri Lautaro Martinesdir – 27 (24+3). Olivye Jiruda bu göstərici 23 (15+8), Paulo Dibalada 21-dir (13+8). Ümumilikdə 370 futbolçu komandasına qol və ya assistentliklə kömək edə bilib.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Oxşar xəbərlər