top
A Seriyası: Latsio Milanı məğlub etdi, Komo Romaya qalib gəldi, digər nəticələr Idman.biz
16 mart 2026, 01:55
- ↺ +

A Seriyası: "Latsio" "Milan"ı məğlub etdi, "Komo" "Roma"ya qalib gəldi, digər nəticələr

İtaliya A Seriyasının 29-cu turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada "Latsio" doğma meydanda "Milan"ı qəbul edib. Romadakı "Olimpiko" stadionunda baş tutan oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın taleyini həll edən yeganə qol ilk hissədə vurulub. Matçın 26-cı dəqiqəsində səhnəyə çıxan "Latsio"nun hücumçusu Qustav İsaksen rəqib qapısına yol taparaq paytaxt təmsilçisini önə keçirib. Qalan vaxt ərzində "Milan"ın hesabı bərabərləşdirmək cəhdləri nəticə verməyib.

Bu qalibiyyətdən sonra xallarının sayını 40-a çatdıran "Latsio" turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. Aktivində 60 xal olan "Milan" isə məğlubiyyətə baxmayaraq, ikinci pillədəki yerini qoruyub.

Qeyd edək ki, növbəti turda "Latsio" martın 22-də "Bolonya" ilə, "Milan" isə bir gün əvvəl "Torino" ilə qarşılaşacaq.

23:31

İtaliya A Seriyasının 29-cu turunda turnir cədvəlinin üst sıralarını maraqlandıran gərgin qarşılaşma baş tutub. "Komo" öz meydanında "Roma"nı qəbul edib və 2:1 hesablı əzmkar qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, oyun "canavarlar" üçün uğurlu başlayıb. Matçın hələ yeddinci dəqiqəsində Doniell Malen penaltini dəqiq yerinə yetirərək qonaqları önə keçirib. Lakin ikinci hissədə meydan sahibləri oyunun axarını tamamilə dəyişiblər.

59-cu dəqiqədə Anastasios Duvikas hesabı bərabərləşdirib. Qarşılaşmanın 64-cü dəqiqəsində isə "Roma"nın müdafiəçisi Uesli ikinci sarı vərəqə ilə meydandan qovularaq komandasını azlıqda qoyub. Say üstünlüyündən maksimum yararlanan "Komo" 79-cu dəqiqədə Dieqo Karlosun vurduğu qolla qələbəni bayram edib.

Bu nəticədən sonra bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını altı oyuna çatdıran "Komo" 54 xalla A Seriyasında dördüncü pilləyə yüksəlib. 51 xalı olan "Roma" isə altıncı mövqeyə enib.

20:50

İtaliya A Seriyasının 29-cu turunda Emiliya-Romanya bölgəsinin iki təmsilçisi - "Sassuolo" və "Bolonya" qarşı-qarşıya gəlib. "Mapei" stadionunda keçirilən dərbi qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Vinçentso İtalyanonun rəhbərlik etdiyi "Bolonya"ya vacib üç xalı gətirən qolu matçın elə əvvəlində, altıncı dəqiqədə Thijs Dallinqa vurub.

Oyunun gedişatında hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməz qalıb. Matçın son dəqiqələri "Bolonya" üçün həyəcanlı keçib. 88-ci dəqiqədə qonaqların qapıçısı Lukaş Skorupski zədələnsə də, bütün əvəzetmə hüquqlarından istifadə edildiyi üçün o, oyunu ağrılar içində başa vurmalı olub.

Bu qələbədən sonra xallarının sayını 42-yə çatdıran "Bolonya" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. "Sassuolo" isə 38 xalla doqquzuncu yerdədir.

20:24

"Kalyari" İtaliya A Seriyasının 29-cu turunda mövsümün ən pis oyunlarından birini keçirib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Piza" ilə səfər matçı komanda üçün 1:3 hesablı rüsvayçı məğlubiyyətlə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, Fabio Pisakanenin komandası hələ doqquzuncu dəqiqədə penalti qolu ilə geri düşüb. Moreo fürsəti boşa verməyərək meydan sahiblərini önə keçirib. 37-ci dəqiqədə isə Durosinmi Yerri Minaya qarşı kobudluğuna görə birbaşa qırmızı vərəqə alaraq "Piza"nı azlıqda qoyub.

Lakin say üstünlüyü "Kalyari"yə kömək etməyib, əksinə, ikinci hissənin əvvəlində komanda əsl şok yaşayıb. Cəmi iki dəqiqə ərzində (52 və 54-cü dəqiqələr) Karaççolo dubl edərək hesabı 3:0-a çatdırıb.

67-ci dəqiqədə Leonardo Pavoletti fərqi azaldaraq hesabı 3:1-ə gətirsə də, bu, sadəcə təsəlli qolu olub. 81-ci dəqiqədə isə Obert ikinci sarı vərəqə ilə meydandan qovulub və komandaların heyətləri sayca bərabərləşib.

Qeyd edək ki, bu qələbə turnir cədvəlinin sonuncusu olan "Piza"nın bu mövsüm elitadakı cəmi ikinci qalibiyyəti olub və bu qələbə sayəsində 19-ci pilləyə yüksəlib. "Kalyari" isə 30 xalla 15-cidir..

18:13

İtaliya A Seriyasının 29-cu turunda "sağ qalmaq" uğrunda mübarizə aparan Daniele De Rossinin rəhbərlik etdiyi "Genoa" səfərdə "Verona" üzərində 2:0 hesablı parlaq qələbə qazanıb. Bu nəticə ilə genuyalılar elitada qalmaq şanslarını xeyli artırıb, "Verona" isə B Seriyasına düşmək təhlükəsi ilə üz-üzə qalıb.

İdman.Biz xəbər verir ki, "Benteqodi" stadionunda keçirilən matçın taleyini ikinci hissədə vurulan qollar həll edib. İlk hissədə "Verona" daha təhlükəli görünsə də meydan sahibləri əldə etdikləri imkanlardan yararlana bilməyiblər.

Daniele De Rossinin ikinci yarıdakı taktiki gedişləri oyunun axarını dəyişib. Kaleb Ekubanı əvəzləyən portuqaliyalı Vitinya meydana daxil olduqdan sonra ilk toxunuşla möhtəşəm qola imza atıb. O, təxminən 30 metrlik məsafədən qapıçı Montiponu cəzalandıraraq hesabı açıb.

Cəmi bir neçə dəqiqə sonra Leo Ostiqard cərimə zərbəsindən gələn ötürməni başla qapıya göndərərək hesabı 2:0-a çatdırıb və matçda nöqtəni qoyub.

Bu qələbədən sonra 33 xala sahib olan "Genoa" (33) turnir cədvəlində 13-cü pilləyə yüksələrək düşmə zonasından doqquz xal uzaqlaşıb. 18 xalla 19-cu yerdə qalan "Verona"nın vəziyyəti isə kritik olaraq qalır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Bu gün, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Bu gün, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Bu gün, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Bu gün, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Bu gün, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Bu gün, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Bu gün, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Bu gün, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Bu gün, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Bu gün, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Bu gün, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Bu gün, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Bu gün, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Bu gün, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Bu gün, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Futbol
Bu gün, 20:34

Cüt futbol: "Union Berlin" və "Köln" Bundesliqada 1:1 hesabla heç-heçəyə imza atdılar

Güləş
Bu gün, 20:29

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Futbol
Bu gün, 20:22

"Strasbur" "Oser"i 5:1 hesabı ilə darmadağın etdi

Futbol
Bu gün, 20:14

Azər Məmmədov: Kəpəz futbolçularına sərbəstlik və inam verərək qələbəni qazandı

Futbol
Bu gün, 20:11

Perkons: Gəncə stadonda oynamaq həqiqətən çətindir

Futbol
Bu gün, 20:01

İmişli baş məşqçisi Ervins Perqons Namiq Ələsgərovun qolunu təriflədi

Futbol
Bu gün, 19:57

Abdullah Kavukcu və Metin ÖzTürk Qalatasaray idarə heyətindən istefa etdilər

Oxşar xəbərlər