top
A Seriyası: Komo Romanı azlıqda yaxaladı, Bolonya qələbə qazandı, Piza sürpriz etdi, Genoa Veronanı məğlub etdi - YENİLƏNİR + VİDEO Idman.biz
15 mart 2026, 23:31
- ↺ +

A Seriyası: "Komo" "Roma"nı azlıqda yaxaladı, "Bolonya" qələbə qazandı, "Piza" sürpriz etdi, "Genoa" "Verona"nı məğlub etdi - YENİLƏNİR + VİDEO

İtaliya A Seriyasının 29-cu turunda turnir cədvəlinin üst sıralarını maraqlandıran gərgin qarşılaşma baş tutub. "Komo" öz meydanında "Roma"nı qəbul edib və 2:1 hesablı əzmkar qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, oyun "canavarlar" üçün uğurlu başlayıb. Matçın hələ yeddinci dəqiqəsində Doniell Malen penaltini dəqiq yerinə yetirərək qonaqları önə keçirib. Lakin ikinci hissədə meydan sahibləri oyunun axarını tamamilə dəyişiblər.

59-cu dəqiqədə Anastasios Duvikas hesabı bərabərləşdirib. Qarşılaşmanın 64-cü dəqiqəsində isə "Roma"nın müdafiəçisi Uesli ikinci sarı vərəqə ilə meydandan qovularaq komandasını azlıqda qoyub. Say üstünlüyündən maksimum yararlanan "Komo" 79-cu dəqiqədə Dieqo Karlosun vurduğu qolla qələbəni bayram edib.

Bu nəticədən sonra bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını altı oyuna çatdıran "Komo" 54 xalla A Seriyasında dördüncü pilləyə yüksəlib. 51 xalı olan "Roma" isə altıncı mövqeyə enib.

20:50

İtaliya A Seriyasının 29-cu turunda Emiliya-Romanya bölgəsinin iki təmsilçisi - "Sassuolo" və "Bolonya" qarşı-qarşıya gəlib. "Mapei" stadionunda keçirilən dərbi qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Vinçentso İtalyanonun rəhbərlik etdiyi "Bolonya"ya vacib üç xalı gətirən qolu matçın elə əvvəlində, altıncı dəqiqədə Thijs Dallinqa vurub.

Oyunun gedişatında hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməz qalıb. Matçın son dəqiqələri "Bolonya" üçün həyəcanlı keçib. 88-ci dəqiqədə qonaqların qapıçısı Lukaş Skorupski zədələnsə də, bütün əvəzetmə hüquqlarından istifadə edildiyi üçün o, oyunu ağrılar içində başa vurmalı olub.

Bu qələbədən sonra xallarının sayını 42-yə çatdıran "Bolonya" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. "Sassuolo" isə 38 xalla doqquzuncu yerdədir.

20:24

"Kalyari" İtaliya A Seriyasının 29-cu turunda mövsümün ən pis oyunlarından birini keçirib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Piza" ilə səfər matçı komanda üçün 1:3 hesablı rüsvayçı məğlubiyyətlə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, Fabio Pisakanenin komandası hələ doqquzuncu dəqiqədə penalti qolu ilə geri düşüb. Moreo fürsəti boşa verməyərək meydan sahiblərini önə keçirib. 37-ci dəqiqədə isə Durosinmi Yerri Minaya qarşı kobudluğuna görə birbaşa qırmızı vərəqə alaraq "Piza"nı azlıqda qoyub.

Lakin say üstünlüyü "Kalyari"yə kömək etməyib, əksinə, ikinci hissənin əvvəlində komanda əsl şok yaşayıb. Cəmi iki dəqiqə ərzində (52 və 54-cü dəqiqələr) Karaççolo dubl edərək hesabı 3:0-a çatdırıb.

67-ci dəqiqədə Leonardo Pavoletti fərqi azaldaraq hesabı 3:1-ə gətirsə də, bu, sadəcə təsəlli qolu olub. 81-ci dəqiqədə isə Obert ikinci sarı vərəqə ilə meydandan qovulub və komandaların heyətləri sayca bərabərləşib.

Qeyd edək ki, bu qələbə turnir cədvəlinin sonuncusu olan "Piza"nın bu mövsüm elitadakı cəmi ikinci qalibiyyəti olub və bu qələbə sayəsində 19-ci pilləyə yüksəlib. "Kalyari" isə 30 xalla 15-cidir..

18:13

İtaliya A Seriyasının 29-cu turunda "sağ qalmaq" uğrunda mübarizə aparan Daniele De Rossinin rəhbərlik etdiyi "Genoa" səfərdə "Verona" üzərində 2:0 hesablı parlaq qələbə qazanıb. Bu nəticə ilə genuyalılar elitada qalmaq şanslarını xeyli artırıb, "Verona" isə B Seriyasına düşmək təhlükəsi ilə üz-üzə qalıb.

İdman.Biz xəbər verir ki, "Benteqodi" stadionunda keçirilən matçın taleyini ikinci hissədə vurulan qollar həll edib. İlk hissədə "Verona" daha təhlükəli görünsə də meydan sahibləri əldə etdikləri imkanlardan yararlana bilməyiblər.

Daniele De Rossinin ikinci yarıdakı taktiki gedişləri oyunun axarını dəyişib. Kaleb Ekubanı əvəzləyən portuqaliyalı Vitinya meydana daxil olduqdan sonra ilk toxunuşla möhtəşəm qola imza atıb. O, təxminən 30 metrlik məsafədən qapıçı Montiponu cəzalandıraraq hesabı açıb.

Cəmi bir neçə dəqiqə sonra Leo Ostiqard cərimə zərbəsindən gələn ötürməni başla qapıya göndərərək hesabı 2:0-a çatdırıb və matçda nöqtəni qoyub.

Bu qələbədən sonra 33 xala sahib olan "Genoa" (33) turnir cədvəlində 13-cü pilləyə yüksələrək düşmə zonasından doqquz xal uzaqlaşıb. 18 xalla 19-cu yerdə qalan "Verona"nın vəziyyəti isə kritik olaraq qalır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Bu gün, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Bu gün, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
Dünən, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Basketbol
Dünən, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi;

Futbol
Dünən, 21:26

Litva qapıçısı: Azərbaycan qolu sonrası müdafiəyə keçdi və bizə çətinlik yaratdı

Futbol
Dünən, 19:50

U-21 Azərbaycan millisi Cəbəllütariqi 3-0 məğlub etdi

Futbol
Dünən, 18:13

AFFA Şahdağ Qusar klubu idman direktoruna cərimə verdi

Futbol
Dünən, 17:23

Murad Axundov AFFAdan ayrılma qərarının səbəblərini açıqladı

Futbol
Dünən, 16:40

Liverpool Michael Kayode’yi 50‑55 milyon funtla transfer üçün hədəfləyir

Futbol
Dünən, 14:44

Litvalı baş məşqçi Edqaras Yankauskas Azərbaycan millisi ilə oyundan sonra vəzifəsindən istefa verdi;

Futbol
Dünən, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı;

Cüdo
Dünən, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Voleybol
Dünən, 11:04

U-20 qadın voleybol komandası İzmirdə təlim keçəcək

Futbol
Dünən, 10:35

U-20 milli futbol komandamız Yaponiyaya qarşı çıxacaq

Futbol
Dünən, 10:13

U-21 Azərbaycan millisi bu gün Bank Respublika Arenada Cəbəllütariqla qarşılaşacaq

Futbol
Dünən, 06:28

Toni Freyşa, Barça-nın keçmiş prezident namizədi, Real Madrid-in prezidenti Florentino Pérez-in istefasını proqnozlaşdırdı

Futbol
Dünən, 05:47

Messi Argentina milli komandası ilə son məşqini keçirdi

Futbol
Dünən, 01:10

İspaniya baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı 0:7 məğlubiyyəti haqqında danışdı

Futbol
Dünən, 00:42

Rwanda millisi Keniya ilə oyunda Mikels qardaşları meydanda

Futbol
Dünən, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
05 oktyabr 2026, 22:39

“Bavariya” Harry Kane ilə yeni müqavilə imzalamağa yaxındır

Cüdo
05 oktyabr 2026, 21:38

Prezident İlham Əliyev, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimindən video paylaşdı

Futbol
05 oktyabr 2026, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Oxşar xəbərlər