Zaqreb "Dinamo"sunun və millinin futbolçusu Mahir Emreli mövsümlərarası fasilədə klubunu dəyişə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, Buxarest "Dinamo"su Mahirin xidmətində maraqlıdı.
Rumıniya klubunun baş məşqçisi Jeliko Kopiç Emrelini komandasında görmək istəyir. Kopiçlə milli üzvünün yolları artıq bir dəfə kəsişib. Məhz xorvat mütəxəssisin dönəmində Mahir Zaqreb "Dinamo"su ilə müqavilə bağlayıb.
Qeyd edək ki, "Dinamo" 18 qat Rumıniya çempionudu.