top
Şarl Lekler Lyuis Hemiltonun Ferrari komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı Idman.biz
30 oktyabr 2026, 14:12
- ↺ +

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

"Formula-1" üzrə dünya çempionatında "Ferrari" komandasının pilotu Şarl Lekler komanda yoldaşı Lyuis Hemiltondan öyrəndiyi təcrübənin onun inkişafında mühüm rol oynadığını açıqlayıb.

İdman.Biz "PlanetF1" nəşrinə istinadən xəbər verir ki, monakolu sürücü yeddiqat dünya çempionunun telemetriya məlumatlarını mütəmadi araşdırdığını və onun bolidi idarəetmə üsullarını öyrəndiyini bildirib.

Leklerin sözlərinə görə, Hemiltonun komandaya qoşulmasından sonra qeyd dəftərində əvvəlkindən daha çox məlumat toplanıb.

"Lyuislə bağlı tam əminliklə deyə bilərəm ki, hər həftəsonu bir-birimizi daha yaxşı nəticələr göstərməyə sövq edirik. Bəzi yarış həftəsonlarında o, inanılmaz dərəcədə sürətli olur və mən ondan çox şey öyrənirəm. Hətta özüm yaxşı çıxış edəndə belə, onun məlumatlarını araşdıraraq necə işlədiyini və bolidi necə idarə etdiyini anlamağa çalışıram. Çünki o, bunu olduqca yüksək səviyyədə bacarır", - deyə Lekler bildirib.

Monakolu pilot Hemiltondan öyrəndiklərini xüsusi qeyd dəftərində topladığını da vurğulayıb:

"Hər yarış həftəsonundan sonra öyrəniləcək nəsə tapılır. Qeyd dəftərimdə çoxlu məlumat var. Yəqin ki, Lyuis komandaya qoşulandan bəri əvvəlkindən daha çox qeydlər aparıram".

Lekler 2026-cı ildə qüvvəyə minən yeni texniki reqlamentin pilotlardan fərqli idarəetmə üsulları tələb etdiyini də qeyd edib.

"Bu bolidlər bizi karyeramızda əvvəllər heç vaxt etmədiyimiz şeyləri etməyə məcbur edir. Bəzən çox qəribə üsullarla sürməli oluruq. Hər zaman bundan zövq almasam da, düşünürəm ki, uzunmüddətli perspektivdə bu təcrübə məni daha yaxşı pilot edəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, 2026-cı il mövsümündə Lekler və Hemilton hərəyə bir Qran-pri qələbəsi qazanıblar. Dünya çempionatının şəxsi hesabında britaniyalı pilot komanda yoldaşını səkkiz xal qabaqlayır. "Ferrari" isə Konstruktorlar Kubokunda ikinci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:02

Azərbaycanın U-20 futbol millisində antidopinq təlimi keçirilib - FOTO

Futbol
Bu gün, 13:00

Elçin Səmədli Çempionlar Liqasının oyununa təyinat aldı

Qarabağ FK
Bu gün, 13:00

“Qarabağ” son 2 görüşdə “Kəpəz”ə qonaq olduğu vaxtlarda xalsız ayrılıb: Gəncədə növbəti yoxlanış başlayır

Futbol
Bu gün, 12:32

Leandro Paredes Cənubi Amerika Kubokunun finalından sonra canlı yayımda huşunu itirdi

Futbol
Bu gün, 12:30

İtaliya nəhəngi qışda Vircil van Deyklə ilkin müqavilə bağlaya bilər

Qarabağ FK
Bu gün, 12:22

Bu günkü futbol matçları hansı kanallarda yayımlanır - TV AFİŞA

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Qarabağ FK
Bu gün, 12:07

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Qarabağ FK
Bu gün, 11:52

Kəpəz – Qarabağ: Gəncədəki XI tura son verən matçın müəyyən vacib məqamı

Futbol
Bu gün, 11:49

Gonsalo Tapia Messinin ona top vurması barədə: Bu, sadəcə oyundakı bir epizod idi

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Futbol
Bu gün, 11:08

Dünyanın ən Moda Futbolçuları: İlk Onluq Kimlərdən İmzalandı?

Futbol
Bu gün, 11:05

Premyer Liqada artıq öz sözünü deyən yerli hücumçu var!

Boks
Bu gün, 11:00

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinalında

Oxşar xəbərlər