top
Pekin-Paris Motor Challenge Retro Avtomobil Yarışı Azərbaycandan Keçir: İkinci Dəfə Idman.biz
07 iyun 2025, 19:56
- +

"Pekin-Paris Motor Challenge" Retro Avtomobil Yarışı Azərbaycandan Keçir: İkinci Dəfə

Dünyanın ən həyəcanverici avtomobil yarışlarından biri olan beynəlxalq "Peking to Paris Motor Challenge" yarışı ikinci dəfə yolunu Azərbaycandan salır.

İdman.biz xəbər verir ki, retro avtomobillərin yürüşü Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə təşkil olunur.

"Peking to Paris Motors Challenge" – XX əsrin avtomobil əfsanələri və onların heyətləri üçün əsl sınaqdır. 37 gün ərzində iştirakçılar 12 ölkədən keçərək 14 500 kilometr məsafə qət edəcəklər. Yarış 17 may tarixində Böyük Çin səddində start götürüb və Çin, Monqolustan, Qazaxıstan ərazilərindən keçərək artıq Azərbaycana çatıb.

Avtomobil həvəskarları bu nadir retro avtomobilləri Dənizkənarı Milli Parkda, "Yeddi Gözəl" fəvvarəsinin önündə keçirilən sərgi zamanı yaxından izləyə biliblər. Tədbirdə yürüşün ən "qocaman" iştirakçısı — 1917-ci il istehsalı American LaFrance Type 10, ən "gənc" avtomobil isə 1984-cü il istehsalı Toyota Hilux təqdim olunub.

İyunun 9-u isə Heydər Əliyev Mərkəzinin qarşısından yarışın Azərbaycandakı mərhələsinə start veriləcək. Bu mərhələ Qobustan, Şamaxı, Acınohur-Ceyrançöl düzünü və Azərbaycanın digər füsunkar bölgələrindən keçərək Qax şəhərində başa çatacaq. Azərbaycan ərazisində yarışda 55 retro avtomobil iştirak edir. 10 iyun tarixində iştirakçılar ölkəmizi tərk edərək Gürcüstan və Türkiyənin maraqlı marşrutları üzrə hərəkətlərini davam etdirəcəklər.Ardınca Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və İsveçrə ərazisindən keçərək, yarışın son dayanacağı olan Fransaya doğru yola çıxacaqlar.

Qeyd edək ki, "Peking to Paris" avtomobil yürüşü ilk dəfə 1907-ci ildə baş tutub və yarış tarixində ikinci dəfədir ki, Azərbaycan ərazisindən keçir.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:24

Oyarzabal dünya çempionatlarının yeni antirekorduna imza atdı

Futbol
Bu gün, 21:09

Vircil van Deyk Niderlandın dünya çempionatında ikinci ən yaşlı bombardiri oldu

Qarabağ FK
Bu gün, 20:57

Qarabağ U-13 "Sozopol Cup"da məğlubiyyətlə başladı

Futbol
Bu gün, 20:51

DÇ-2026: İspaniya - Kabo-Verde matçında fasilə

Olimpiada
Bu gün, 20:23

Azərbaycan və Venesuela arasında idman əməkdaşlığı imkanları müzakirə olunub

Futbol
Bu gün, 20:01

İspaniya və Kabo-Verde milliləri üz-üzə gəlirlər

Boks
Bu gün, 19:53

Ceyk Pol Topuriyanı tənqid edib

Futbol
Bu gün, 19:37

Bernardo Silva “Real”ə keçidə görə 80 milyon avro ödənəcək

Futbol
Bu gün, 19:22

İsveç millisi DÇ-2026-da seçmə mərhələdən daha çox xal toplayıb

Digər
Bu gün, 19:06

Donald Tramp UFC tədbirində yuxuya gedib

Futbol
Bu gün, 19:00

DÇ-2026: Tunis yığmasının baş məşqçisi istefa verdi

Futbol
Bu gün, 18:51

Almaniya futbol komandasına iki günlük istirahət

Boks
Bu gün, 18:40

Azərbaycan boksçuları Serbiyada keçirilən turnirdə 13 medal qazandı

Futbol
Bu gün, 18:20

Yoshko Gvardiol ilə “Mançester Siti”nin yeni müqaviləsi

Futbol
Bu gün, 18:00

Şəhriyar Əliyev „Şamaxı“da çıxış edə bilər

Futbol
Bu gün, 17:53

Azərbaycan U-19 milli komandası Serbiya ilə bir qrupda

Voleybol
Bu gün, 17:40

UNEC qadın voleybol komandası gənc yerli oyunçulara üstünlük verəcək

Futbol
Bu gün, 17:33

Azərbaycan U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Futbol
Bu gün, 17:03

AFFA-nın baş katibi Mayamidə keçirilən FIFA İcraedici Futbol Sammitinə qatılıb

Futbol
Bu gün, 17:00

Volkan Dəmirəl Bakıda futbol məşqçisi kimi 1,5 milyon dollar istəyib

Futbol
Bu gün, 16:40

DÇ-2026: Tunis baş məşqçisini işdən çıxardı

Futbol
Bu gün, 16:20

FIFA İcraedici Futbol Sammiti Mayami şəhərində keçirilir

Futbol
Bu gün, 16:20

AFFA-nın baş katibi FIFA İcraedici Futbol Sammitinə qatılıb

Boks
Bu gün, 16:11

Azərbaycan yeniyetmə boksçuları Serbiyada 13 medal qazanıb

Oxşar xəbərlər