top
McLarenin dəyəri beş ildə 6 dəfədən çox artaraq 3,5 milyard funta yüksəlib Idman.biz
05 sentyabr 2025, 08:19
- ↺ +

"McLaren"in dəyəri beş ildə 6 dəfədən çox artaraq 3,5 milyard funta yüksəlib

"McLaren" komandasına sahib olan şirkətin dəyəri hazırda təxminən 3,5 milyard funt-sterlinq təşkil edir. İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, son beş ildə onun bazar dəyəri altı dəfədən çox yüksəlib.

Bu qədər artım "McLaren Group"un səhmdar strukturundakı dəyişikliklərin nəticəsi olub. 2020-ci ildə şirkətin 33 faiz payını Amerikanın "MSP Capital" 185 milyon funt ödəyərək almışdı. Lakin indi həmin payı Bəhreynin dövlət investisiya fondu olan "Mumtalakat" və Əbu-Dabiyə məxsus "CYVN Holdings" satın alıb. Əgər beş il əvvəl "McLaren Racing" 560 milyon funt dəyərində qiymətləndirilirdisə, indi bu rəqəm 3,5 milyard funtdur.

Keçən ilə qədər "McLaren"in nəzarət aksiyalar paketi məhz "Mumtalakat" fonduna məxsus idi, lakin 2024-cü ilin dekabrında fond bütün paylarını CYVN şirkətinə satıb.

"Bu, McLaren Racing üçün möhtəşəm gündür", – deyə "BBC Sport komandanın rəhbəri Zak Braunun sözlərindən sitat gətirir. "Hələ yaxın keçmişdə biznesimiz riskli idi və biz rəqabətədavamlı deyildik. Amma indi, beş ildən sonra baş verənlər həm "Formula 1"də büdcə məhdudiyyətləri dövrünün uğurunu, həm də bizim yenidən rəqabətədavamlı səviyyəyə qayıtmağımızı göstərir. "McLaren"in yenidən qələbələr uğrunda mübarizə aparması sevindiricidir və səhmdarların strukturunun sadələşməsi də əla oldu", - deyə o söyləyib.

Ötən il "McLaren" komandası 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunu qazanıb və hazırda həm pilotlar, həm də komandalar üzrə dünya çempionatında liderliyə yaxınlaşır. Onun sürücüləri Oskar Piastri və Lando Norris komanda hesabında ilk iki yeri tutur və builki 15 yarışdan 12-sində qələbə qazanıblar.

"McLaren Racing" "McLaren Group"un tərkibinə daxildir. "Mumtalakat" və CYVN-in şirkətin bütün səhmlərini alması barədə rəsmi açıqlama çərşənbə axşamı verilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Xorvat "Hayduk" "Sabah"ın yarımmüdafiçisi İvan Lepinitsaya maraq göstərir

Boks
Bu gün, 10:59

Məşhur boksçu Edqar Berlanga Florida ştatında təqsirləndirilən şəxs kimi həbs olundu

Cüdo
Bu gün, 10:47

28 oktyabr Dünya Cüdo Günü: Azərbaycan cüdoçularının tarixi uğurları və 2026-cı ildə Bakıdakı dünya çempionatındakı rekordu

Basketbol
Bu gün, 10:40

Neftçi Rumıniya klubunu "Oradya" qonaq edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Oxşar xəbərlər