top
Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi Idman.biz
Bu gün, 11:53
- ↺ +

Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi

"Formula-1" üzrə Meksika Qran-prisinin təsnifat mərhələsinin nəticələrinə dəyişiklik edilib. "Visa Cash App RB" komandasının yeni zelandiyalı pilotu Liam Louson diskvalifikasiya olunub.

İdman.Biz "SportoweFakty" nəşrinə istinadən xəbər verir ki, buna onun bolidinin MGU-K sisteminin gücü ilə bağlı texniki tələblərə cavab verməməsi səbəb olub.

Təsnifat mərhələsində səkkizinci nəticəni göstərən Lousonun bolidi sessiya başa çatdıqdan dərhal sonra Beynəlxalq Avtomobil Federasiyasının (FIA) texniki nümayəndəsi tərəfindən yoxlamaya göndərilib.

Araşdırma zamanı müəyyən edilib ki, təsnifat mərhələsinin ikinci hissəsində ən sürətli dövrəsini tamamladıqdan sonra bolidin MGU-K sisteminin gücü reqlamentdə nəzərdə tutulan qaydada azalmayıb.

Hakimlər bunun texniki reqlamentin C5.12.6 və C5.12.7-ci maddələrinin pozulması olduğunu bildiriblər.

"Visa Cash App RB" nümayəndələri qayda pozuntusunun pilota heç bir idman üstünlüyü qazandırmadığını əsas gətirsələr də, hakimlər bu arqumenti qəbul etməyiblər. Onlar avtomobilin yarış ərzində bütün texniki tələblərə cavab verməli olduğunu vurğulayıblar.

Maraqlıdır ki, qayda pozuntusu barədə FIA-ya komandanın özü məlumat verib. Buna baxmayaraq, hakimlər əvvəlki oxşar qərarları əsas gətirərək diskvalifikasiya cəzasının tətbiqini zəruri hesab ediblər.

Louson daha əvvəl ikinci sərbəst yürüş zamanı Maks Ferstappenlə yaşadığı insidentə görə start mövqeyinin bir pillə geriyə keçirilməsi cəzası da alıb.

Diskvalifikasiyadan sonra yeni zelandiyalı pilotun Meksika Qran-prisində iştirak etməsi üçün hakimlərin xüsusi icazəsi tələb olunur. Belə hallarda qərar adətən sərbəst yürüşlərdə göstərilən nəticələr əsasında verilir.

Onun yarışa hansı mövqedən başlayacağı hələ dəqiqləşməyib. Diskvalifikasiya olunan pilotlar, bir qayda olaraq, start düzülüşünün sonundan mübarizəyə qoşulurlar.

Lakin komanda qapalı park qaydalarını pozaraq bolidin sazlamalarını dəyişdirsə və ya bəzi hissələrini əvəzləsə, Louson yarışa pit-leyndən başlamalı olacaq.

Hər iki halda komanda bolidin yarışa hazırlanmasında daha geniş imkanlar əldə edə bilər. "Visa Cash App RB" başlanğıc üçün istənilən təkər növünü seçə, həmçinin güc qurğusunun bəzi hissələrini əlavə start cəzası olmadan dəyişdirə bilər.

Qeyd edək ki, Meksikadakı "Hermanos Rodriqes" avtodromunda komandalar əvvəllər də oxşar strategiyalardan istifadə ediblər. Bu üsul, xüsusilə, sərt təkərlərlə ilk yarış hissəsini uzatmağa imkan verir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:53

Fərid Qayıbov: “Qələbə qaçışı”nda 2000-dən çox iştirakçı

Digər
Bu gün, 12:48

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başlayır

Futbol
Bu gün, 12:47

Neftçi Şamaxı ilə matçda "Əfsanə zolaqlı" ev formasını geyinəcək

Futbol
Bu gün, 12:30

Kaka, Karlo Ançelotti və Rud Qullit Milanın Şöhrət Zalına daxil edildilər

Futbol
Bu gün, 12:29

Luka Modriç 2026 sonrası futbol kariyerine davam etməyə qərar verdi

Futbol
Bu gün, 12:18

Qalatasaray Rusiyadan üç futbolçu transfer etməyi planlaşdırır

Şahmat
Bu gün, 12:07

Azərbaycan Şahmat Çempionatı: Kişi və Qadınlar üzrə Qaliblər Açıqlanıb

Futbol
Bu gün, 12:00

Manchester United rəhbərliyi məşqçini dəyişdirməyəcək

Digər
Bu gün, 11:47

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib: rekord iştirak, xeyriyyə fondundan 20 manat ianə

Digər
Bu gün, 11:39

Amerikalı üzgüçü Keyt Duqlas 100m sərbəst hovuzda yeni dünya rekordunu yaratdı

Digər
Bu gün, 11:39

Bəxtiyar Əsgərli: ‘Qələbə qaçışı’ qalibi yarışın məna və təəssüratları

Futbol
Bu gün, 11:30

20 yaşlı Brayan Faryanyas Barcelona-nın əsas komandasında ilk oyununu keçirdi

Futbol
Bu gün, 11:27

Zədələr Karyera Zirvələrini Geri Çəkməkdə

Digər
Bu gün, 11:26

Anna Yusubova: "Qələbə qaçışı"nda birinci olmaq, Bakı marafonundan daha çox xoş gəlir

Olimpiada
Bu gün, 10:54

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı

Digər
Bu gün, 10:30

Azərbaycanlı Döyüşçülər UFC-də: Liderlik Dəyişir, Yeni Mövqe Mübarizəsi

Futbol
Bu gün, 10:30

Roma Qışda Portuqaliya Millili Futbolçusunu Transfer Etmək İstəyir

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Oxşar xəbərlər