top
Lando Norris: Daxilmdəki səs məni çempionluq yolunda kifayət qədər yaxşı olmadığıma inandırırdı Idman.biz
12 dekabr 2025, 01:59
- ↺ +

Lando Norris: Daxilmdəki səs məni çempionluq yolunda kifayət qədər yaxşı olmadığıma inandırırdı

"McLaren"in pilotu Lando Norris karyerasında ilk çempionluq titulunu qazandığı "Formula 1" 2025-ci il mövsümü haqqında danışıb.

İdman.Biz xəbər verir ki, Norris BBC-yə müsahibəsində onu çempionluğa aparan yoldan bəhs edib.

"Bəzən özümə o qədər də güvənmirdim. Elə vaxtlar olurdu ki, Oskar məndən daha yaxşı çıxış edirdi, məndə isə o qədər də alınmırdı. Zamanla düşünürdüm ki, bəlkə də onlar məndən daha yaxşıdırlar, bəlkə də məndən daha sabit olmağa qadirdirlər, maşından daha çox şey əldə edə bilərlər. Bəzən qalib gəlməyin sadəcə mümkün olmadığını düşünürdüm. Mən səhv etdiyimi, bunu edə biləcəyimi sübut etməli idim. Özümü eqoist adam adlandırmazdım, amma belə olmaq lazım gəldiyini başa düşdüm. Daha yaxşı və güclü olmaq üçün buna ehtiyacım var.

Mövsümün əvvəlində maşından maksimum dərəcədə faydalana bilmirdim, çünki keçən illə müqayisədə çox dəyişmişdi. İçimdəki bir şey mənə kifayət qədər yaxşı olmadığımı deyirdi.

"Formula-1"də çox şey görmüş Andrea Stella mənə kömək etdi. O, mənə dedi ki, başqalarından daha çox şey tələb etməli, bu və ya digər şeyə daha çox ehtiyacın olduğunu deməli, onlardan kömək istəməlisən. Öhdəsindən gələ bilmədiyim o anlarda bu, sadəcə ağlıma gəlmirdi. Həmişə öz-özümdən niyə alınmadığını soruşurdum. Belə anlarda çox məyus olurdum. Çempionluq şansımın olduğunu bilirdim və əgər bir şey alınmasa, sadəcə təslim ola bilməzdim. Bu, çox xoşagəlməz hissdir və bir anda mənfi spirala çevrildi. Daha effektiv mental yanaşmaya nail olmaq üçün "Formula-1"dən kənardakı insanlarla çox çalışdım. Və bu, mənə istədiyim kimi sürməyə kömək etdi. Bu məni təkcə daha sürətli etmədi, sadəcə mənə həqiqətən bacardığım şəkildə sürməyə imkan verdi", - Norris bildirib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Baku Sportinq yeni baş məşqçisi Bəxtiyar Soltanov təyin edildi

Futbol
Bu gün, 09:58

2026-cı il Qızıl Top mükafatının təqdimat mərasimi ilk dəfə Londonda keçiriləcək

Futbol
Bu gün, 09:40

Everton, Manchester United hücumçusu Markus Reşford ilə danışıqlara başladı

Güləş
Bu gün, 09:37

Dörd Azərbaycan güləşçisi dünya çempionatında çıxış edəcək

Futbol
Bu gün, 09:28

U-15 Milli Komanda Bu Gün İki Matça Oynayacaq: İsrail və Haiti ilə

Futbol
Bu gün, 09:23

Ronaldino 11 il sonra futbola qayıdır – Əfsanələrin geri dönüşü

Futbol
Bu gün, 09:20

Tottenham qış transfer pəncərəsində hücumçuları gücləndirməyə çalışır

Futbol
Bu gün, 09:13

Avropa futbolunda derbiler həyəcanı: Günün matçı

Futbol
Bu gün, 09:00

AFK Al‑Nasr ilə Al‑Vasl arasındakı Çempionlar Liqası matçı təxirə verildi

Futbol
Bu gün, 08:40

Mançester Yunayted yeni baş məşqçi tapmaqda çətinlik çəkir

Futbol
Bu gün, 08:28

Di Mariya: Mourinyo Barselona'ya qarşı sərt fiziki mübarizəni tapşırdı

Futbol
Bu gün, 08:20

"Kristal Pelas" Pyer Saji istefadan sonra Şon Dayçın baş məşqçi namizədliyini dəyərləndirir

Futbol
Bu gün, 08:00

Brayton və RB Leypsiq 19 yaşlı Adin Liçinanı əldə etmək üçün mübarizə aparır

Formula 1
Bu gün, 07:33

Williams sürücüsü Albon: Bolidin əsas problemlərini hələ həll edə bilmədik

Futbol
Bu gün, 06:42

“Napoli”də mövsümün əvvəlində 12 zədə, 7‑si əzələ problemi

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Oxşar xəbərlər