top
Davin Cəfərovun Formula-4 testlərindəki uğurlu debütü və yüksək sürət göstəricisi - FOTO/VİDEO Idman.biz
09 fevral 2026, 15:28
- ↺ +

Davin Cəfərovun "Formula-4" testlərindəki uğurlu debütü və yüksək sürət göstəricisi - FOTO/VİDEO

Kartinqdə bir sıra beynəlxalq uğurlara imza atmış perspektivli azərbaycanlı yeniyetmə pilot Davin Cəfərovun karyera yüksəlişi davam edir.

İdman.Biz xəbər verir ki, gənc sürücü Portuqaliyada yerləşən və dünyanın ən mürəkkəb yarış traslarından biri hesab olunan Portimao trekində Formula-4 avtomobili ilə ilk rəsmi test sessiyasını keçirib.

Kartinqdəki uğurlu çıxışları sayəsində Davin Cəfərov "Formula Winter Series" yarışına dəvət alsa da, sponsorluq məsələlərinin həll olunmaması səbəbindən çempionatda iştirak edə bilməyib. Bununla belə, o, "Formula-4" test sessiyasına dəvət alaraq "Autodromo Internacional do Algarve" trekində "Formula-4" avtomobili ilə ilk təcrübəsini yaşayıb.

Testlər FIA Grade 1 və FIM Grade A statusuna malik olan, 15 texniki döngəsi və ciddi yüksəklik fərqləri ilə seçilən Portimao trekində baş tutub. Sessiyalar tam yağışlı hava şəraitində keçirilib və gün ərzində 7 qəzanın qeydə alınması şəraitin nə qədər riskli olduğunu açıq şəkildə göstərib. Testlərdə McLaren, Red Bull və Van Amersfoort Racing kimi tanınmış komandaların "junior pilot" proqramlarına daxil olan sürücülər də iştirak edib.

"Formula-4"də ilk dəfə sükan arxasına keçən pilotlar üçün qəza və texniki səhvlər adi hal sayılsa da, Davin Cəfərov ilk test gününü qəzasız başa vurmağı bacarıb. Xüsusilə yaş trek şəraitində avtomobilə nəzarəti, soyuqqanlılığı və texniki dəqiqliyi komanda rəhbərliyi və mühəndislər tərəfindən müsbət qiymətləndirilib. Qeyd edilib ki, normalda yaş trekdə Formula 4 avtomobillərinin maksimal sürəti 195–210 km/saat aralığında olur, lakin Davin Cəfərov bu şəraitdə 224 km/saat sürətə çataraq yüksək səviyyəli bacarığını nümayiş etdirib.

Təəssüf ki, göstərdiyi bu performansa baxmayaraq, sponsorluq məsələlərinin hələ də həll olunmaması səbəbindən Davin Cəfərov hazırda rəsmi yarışlarda iştirak imkanından məhrumdur. Gənc pilot maliyyə dəstəyi tapacağı təqdirdə "Formula-4"də gözləntiləri doğruldacağına, ardınca "Formula-3", "Formula-2" və "Formula-1"ə doğru ardıcıl inkişaf yolu keçəcəyinə inanır.

Qeyd edək ki, Davin Cəfərovun əsas məqsədi Azərbaycanı beynəlxalq avtomobil idmanında layiqincə və qürurla təmsil etməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Futbol
Bu gün, 16:48

Vəli Qasımov Filipe Kandido‑nun gənclik dövrünü və “Sumqayıt”dakı məşqçilik fəaliyyətini tərifləyir

Digər
Bu gün, 16:41

Volkanovski evlilik ildönümünü hədiyyə ilə qeyd edərək UFC 333‑də qalib gəldi

Futbol
Bu gün, 16:31

U-15 Dünya Çempionatı: Nəticədən çox futbolçuların inkişafı vacibdir – Vaqif Cavadov

Digər
Bu gün, 16:29

A Seriyası: “İnter”lə “Latsio”nun liderlik yarışı, “Yuventus” və “Milan” üçün derbi öncəsi sınaq - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 16:14

Sənan Qurbanov: U-15 Dünya Çempionatımillimizin inkişafına töhfə verir

Futbol
Bu gün, 16:10

Azərbaycan Kubokunda “Araz-Naxçıvan” “Şimal”ı, “Marafon” isə “Zaqatala”yı məğlub etdi

Digər
Bu gün, 16:09

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı

Minifutbol
Bu gün, 16:04

Orxan Hüseynov 2026/2027 Azərbaycan Minifutbol Çempionatı üçün yeni reqlament açıqladı

Digər
Bu gün, 16:03

“Napoli”nin oyunçusu cinayətin qurbanı oldu

Futbol
Bu gün, 16:00

Azərbaycanda 2026 ilin minifutbol çocu seçildi

Minifutbol
Bu gün, 15:59

Orxan Məmmədov: Minifutbolun FIFA-ya üzv olması beynəlxalq konfransların gündəmindədir;

Futbol
Bu gün, 15:59

Orxan Məmmədov: Milli komanda üçün güclü çempionat vacibdir

Oxşar xəbərlər