top
Bakı Formula 1 Qran Prisi 2025: Turizm, İqtisadiyyat və Yeni Tribunalalar Idman.biz
10 sentyabr 2025, 09:35
- ↺ +

Bakı Formula 1 Qran Prisi 2025: Turizm, İqtisadiyyat və Yeni Tribunalalar

Sentyabrın 19-21-də Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in startına sayılı günlər qalır.

İdman.biz xəbər verir ki, yarış həftəsində paytaxtın küçələrində mühərriklərin gurultusu yenidən eşidiləcək və paytaxtımız dünya avtoidmanının mərkəzinə çevriləcək.

Yarış günlərində 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir. Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan sadəcə "Formula 1" ab-havasını yaşamaq üçün paytaxtımıza üz tutublar. Formula 1-in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran Prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2200 ABŞ dolları ötür ki, bu da Qran Prini turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir.

2024-cü ildə Azərbaycan Qran Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib.

Azərbaycan Qran Prisinə marağı nəzərə alınaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının "Formula 1" xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur.

Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır. Beləliklə, Qran Pri təkcə idman yarışı deyil, həm də ölkə iqtisadiyyatı üçün güclü inkişaf platformasıdır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edir: "Ötən il rekordlarla yadda qaldı. Qlobal maraq sayəsində Azərbaycan Qran Prisi artıq Formula 1 təqvimində mütləq izlənilməli yarışlardan biridir. 2025-ci il isə daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İlk dəfə eksklüziv "Formula 1 Çempionlar Klubu" fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Bu, daha çox azarkeşə Azərbaycan Qran Prisini canlı izləmək fürsəti verəcək.
Dünyanın ən güclü pilotları yenidən Bakıya qayıdır və bizi unudulmaz anlar gözləyir! Bakı Şəhər Halqası ənənəsinə sadiq qalaraq sürprizlərə hazırdır. Əgər trekdəki sürət sizə az görünəcəksə, sadəcə gecəni gözləyin: sentyabrın 19-da DJ Anyma, sentyabrın 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcəklər".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:08

Klarens Zeydorfun "Korintians"dakı debütü uğursuz oldu: İlk oyunda 2:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 11:00

Xorvat "Hayduk" "Sabah"ın yarımmüdafiçisi İvan Lepinitsaya maraq göstərir

Boks
Bu gün, 10:59

Məşhur boksçu Edqar Berlanga Florida ştatında təqsirləndirilən şəxs kimi həbs olundu

Cüdo
Bu gün, 10:47

28 oktyabr Dünya Cüdo Günü: Azərbaycan cüdoçularının tarixi uğurları və 2026-cı ildə Bakıdakı dünya çempionatındakı rekordu

Basketbol
Bu gün, 10:40

Neftçi Rumıniya klubunu "Oradya" qonaq edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Oxşar xəbərlər