top
Arzu Hüseynova: Formula-1 Bakıya turist axını və iqtisadi canlanma gətirir - MÜSAHİBƏ Idman.biz
06 sentyabr 2025, 17:46
- ↺ +

Arzu Hüseynova: "Formula-1" Bakıya turist axını və iqtisadi canlanma gətirir - MÜSAHİBƏ

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynovanın Oxu.Az-a müsahibəsi

- "Formula-1" Azərbaycana nə qazandırır?

- Yarış günlərində minlərlə turist Bakıya gəlir ki, bu da hotel, restoran, nəqliyyat və digər xidmət sahələrində iqtisadi canlanma yaradır. Məsələn, ötən il bilet alan tamaşaçıların 77%-i xarici turist olub. Artan maraq səbəbi ilə bu il iki yeni tribuna əlavə edilib və beləliklə ümumi tribuna sayı 12-yə çatdırılıb. Onlardan 9-na biletlər artıq tam satılıb. Bununla yanaşı, könüllü proqramları vasitəsilə yüzlərlə gənc beynəlxalq təcrübə qazanır, bu da onların sosial və peşəkar inkişafı baxımından çox önəmlidir.

- Hansı ölkələrdən daha çox azarkeş gəlir?

- Ən çox tamaşaçı Avropa ölkələrindən gəlir - xüsusilə Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya və Niderlanddan. Bununla yanaşı, qonşu ölkələrdən - Türkiyə və Gürcüstandan, eləcə də Yaxın Şərqdən də çox sayda azarkeş yarışları izləmək üçün Bakıya səfər edir. Bu il maraqlı fakt ondan ibarətdir ki, ilk bilet Avstriyadan alınıb. Ümumilikdə isə artıq 100-dən çox xarici ölkəyə bilet satılıb ki, bu da yarışın qlobal miqyasda necə böyük diqqət topladığını göstərir.

- Ətraf mühitə təsir necə azaldılır?

- "Formula-1"in əsas hədəflərindən biri davamlılıq və ətraf mühitə təsirin minimuma endirilməsidir. Biz də Azərbaycan Qran-prisində bu istiqamətdə fəal işlər görürük. Paddok ərazisində birdəfəlik plastiklərdən imtina edərək onları tam bioloji parçalanabilən alternativlərlə əvəz etmişik. Bütün tədbir lanyardları 100% təkrar emal olunan materiallardan hazırlanır. Plastik tullantıların qarşısını almaq üçün bulvar boyunca iki sudoldurma stansiyası quraşdırılıb və tamaşaçılara özləri ilə termos və ya təkrar istifadə ediləbilən fincan gətirmək imkanı yaradılıb. Bundan başqa, "Green Post" marşalları təşəbbüsü çərçivəsində könüllülərimizin geyim və avadanlıqları təkrar emal materiallarından hazırlanır. Bu layihələr həm beynəlxalq davamlılıq hədəflərinə uyğunluğumuzu, həm də yerli səviyyədə ətraf mühitə məsuliyyətli yanaşmamızı nümayiş etdirir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:08

Klarens Zeydorfun "Korintians"dakı debütü uğursuz oldu: İlk oyunda 2:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 11:00

Xorvat "Hayduk" "Sabah"ın yarımmüdafiçisi İvan Lepinitsaya maraq göstərir

Boks
Bu gün, 10:59

Məşhur boksçu Edqar Berlanga Florida ştatında təqsirləndirilən şəxs kimi həbs olundu

Cüdo
Bu gün, 10:47

28 oktyabr Dünya Cüdo Günü: Azərbaycan cüdoçularının tarixi uğurları və 2026-cı ildə Bakıdakı dünya çempionatındakı rekordu

Basketbol
Bu gün, 10:40

Neftçi Rumıniya klubunu "Oradya" qonaq edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Oxşar xəbərlər