top
Anyma, Martin Garrix və Glass Animals Formula 1 Azərbaycan Qran Prisi 2025-də Bakı səhnəsində Idman.biz
12 sentyabr 2025, 12:29
- ↺ +

Anyma, Martin Garrix və Glass Animals Formula 1 Azərbaycan Qran Prisi 2025-də Bakı səhnəsində

Sentyabrın 19-21-də sentyabrda Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 yarış həyəcanını möhtəşəm musiqi şousu ilə birləşdirir.

İdman.biz xəbər verir ki, bu il "Baku Crystal Hall" səhnəsi dünya musiqisinin üç nəhəng adını bir araya gətirəcək – Anyma, Martin Garrix və Glass Animals.

19 sentyabr – Anyma
Elektron musiqinin ən futuristik adlarından biri olan Anyma reallıqla fantaziyanın sərhədlərini pozan audiovizual performansı ilə Bakıda unudulmaz gecə yaşadacaq. Onun şousu sadəcə konsert deyil – texnologiya, işıq və musiqinin birləşdiyi paralel bir kainata səyahətdir. Onun çıxışları dünyanın ən nüfuzlu festival səhnələrində – "Tomorrowland", "Coachella" və s. – tamaşaçıları heyran qoyub.

20 sentyabr – Martin Garrix və Glass Animals
Dünyanın ən məşhur DJ-lərindən biri, DJ Mag Top 100 DJ siyahısında dəfələrlə birinci yeri tutmuş Martin Garrix, Bakıda milyonlarla insanın sevdiyi hitlərini canlı ifa edəcək. "Animals", "Scared to be Lonely" (Dua Lipa ilə), "In the Name of Love" (Bebe Rexha ilə) və "We Are the People" (Bono və The Edge ilə) kimi mahnıları qlobal musiqi tarixinə damğa vurub. Garrix-in enerji dolu setləri və möhtəşəm səhnə performansları ilə bu gecə yarış həftəsonunun zirvələrindən biri olacaq.

İngilis indie-pop səhnəsinin sevimlisi Glass Animals isə "Heat Waves" mahnısı ilə Billboard Hot 100 siyahısında 7 həftə ardıcıl 1-ci yeri tutaraq dünya musiqi tarixində iz qoyub. Onların kreativ üslubu və tamaşaçı ilə interaktiv performansları Bakıda unikal musiqi təcrübəsi yaşadacaq. Səhnəyə gətirdikləri enerji və emosional atmosfer ilə bu gecə azarkeşlərin yaddaşına yazılacaq.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 yalnız sürət və rəqabət deyil, həm də festival abu-havası deməkdir. Bu üç gecə motorsportun həyəcanı ilə musiqinin sehrini birləşdirərək Bakını əsl qlobal festival mərkəzinə çevirəcək.

Konsertlərə giriş həm yarış biletlərinə daxildir, həm də ayrıca konsert biletləri vasitəsilə mümkündür.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:08

Klarens Zeydorfun "Korintians"dakı debütü uğursuz oldu: İlk oyunda 2:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 11:00

Xorvat "Hayduk" "Sabah"ın yarımmüdafiçisi İvan Lepinitsaya maraq göstərir

Boks
Bu gün, 10:59

Məşhur boksçu Edqar Berlanga Florida ştatında təqsirləndirilən şəxs kimi həbs olundu

Cüdo
Bu gün, 10:47

28 oktyabr Dünya Cüdo Günü: Azərbaycan cüdoçularının tarixi uğurları və 2026-cı ildə Bakıdakı dünya çempionatındakı rekordu

Basketbol
Bu gün, 10:40

Neftçi Rumıniya klubunu "Oradya" qonaq edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın heç futbolçusuz IX tur rəmzi komandası açıqlandı

Futbol
Bu gün, 09:52

Futbolçuların oyun əvvəlində ammonyak duzlarını iyləmə səbəbləri açıqlanıb

Futbol
Bu gün, 09:49

Alonso'nun Enfieldə dönüşü, Bayern'ın kubok revanşı və İtalyan çempionatında nəhəng duelləri

Futbol
Bu gün, 09:40

Liverpoolin transfer siyahısında 3 yarımmüdafiəçi – Kamara, Skott və Nmecha

Qarabağ FK
Bu gün, 09:39

Qarabağ U-19 uşaqları 15:30‑da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında oyunçudur

Basketbol
Bu gün, 09:32

LANDAU Lions

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Oxşar xəbərlər