"Ordu" voleybol klubu Polşa millisinin sabiq kapitanı Mixal Kubyakı transfer edib.
Bu barədə "Report"a klubdan məlumat verilib.
Polşalı voleybolçu ilə növbəti mövsümü əhatə edəcək sözləşmə imzalanıb. O, karyerası ərzində müxtəlif beynəlxalq turnirlərdə çoxsaylı medallar və fərdi mükafatlar qazanıb.
Qeyd edək ki, M.Kubyak Polşa millisinin heyətində 2014 və 2018-ci illərdə dünya çempionu olub.