top
Sabah FK-nın Çempionlar Liqası qrup mərhələsi və Bakıda böyük Avropa klubları ilə qarşılaşma planları - Maqsud Adıgözəlovun müsahibəsi Report.az
02 September 2026, 11:55
- ↺ +

Sabah FK-nın Çempionlar Liqası qrup mərhələsi və Bakıda böyük Avropa klubları ilə qarşılaşma planları - Maqsud Adıgözəlovun müsahibəsi

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov "Report"un suallarını cavablandırıb. Funksioner komandanın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmasından və bu turnirdəki rəqiblərdən bəhs edib.

- 2025/2026 mövsümünü "qızıl dubl"la başa vuran komandanın debüt mövsümündə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması çoxlarını təəccübləndirdi. Komandanın tarixi uğura imza atacağını gözləyirdiniz?

- Mövsümə başlayarkən komandanın potensialına inanırdıq. Amma Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacağımızı əvvəlcədən əminliklə söyləmək çətin olardı. Bu turnirdə hər mərhələ, hər oyun çox ciddi sınaqdır. Əsas üstünlüyümüz komandanın öz gücünə inanması idi. Futbolçularımız və məşqçilər korpusu bütün mərhələlərdə sona qədər mübarizə apardılar. Həlledici anlarda xarakter göstərdik və nəticədə klub tarixinin ən böyük uğurlarından birinə imza atdıq. Bu nailiyyət bizi çox sevindirir, lakin eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. İndi əsas vəzifəmiz bu səviyyəyə uyğunlaşmaq və burada olmağımızın təsadüf olmadığını sübut etməkdir.

- İsrail təmsilçisi "Hapoel"lə Bakıda dramatik məcrada keçən pley-off mərhələsinin cavab oyunu uzun müddət yaddaşlardan silinməyəcək. Həmin görüşün gedişində ümidsizliyə qapıldığınız anlar oldumu?

- Oyun çox dramatik keçdi və təbii ki, müəyyən anlarda gərginlik oldu. Amma ümidsizliyə qapıldığımı deyə bilmərəm. Komandanın əvvəlki mərhələlərdə də çətin vəziyyətlərdən çıxmağı bacardığını görmüşdük. Futbolçularımız son saniyəyə qədər mübarizə aparacaqlarını artıq dəfələrlə sübut etmişdilər. Hətta vəziyyət son dərəcə çətin görünəndə belə, meydanda olan futbolçuların inamını və mübarizə əzmini hiss edirdik. Son dəqiqədə vurulan qol və geridönüş həmin inamın nəticəsi idi. Düşünürəm ki, o qarşılaşmanı və yaşadığımız emosiyaları uzun illər unutmayacağıq.

- Artıq "Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri də bəllidir. Püşkatmanın nəticəsini necə qiymətləndirirsiniz?

- "Sabah" olaraq Liqa mərhələsinə vəsiqə qazanmaqla, azərbaycanlı azarkeşlərə "Barselona", Dortmund "Borussiya"sı, "Napoli" və digər böyük Avropa klublarını Bakıda izləmək imkanı yaratmağımız bizi çox sevindirir. Bundan başqa, "Old Trafford" və "Emirates" kimi məşhur stadionlarda oynamaq gənc klub üçün əvəzsiz təcrübə və irəliyə doğru böyük addımdır. Püşkün çox çətin olduğunu anlayırıq, amma məhz belə oyunlarda klubun, komandanın və futbolçuların real səviyyəsi müəyyənləşir.

"Sabah"ın Azərbaycana böyük Avropa futbolunun gəlməsinin səbəblərindən birinə çevrilməsi məni xüsusilə sevindirir. Bu, bizim üçün qürur mənbəyi olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. İstəyirik ki, ölkəmizə gələcək komandalar, xarici azarkeşlər və bütövlükdə Avropa futbol ictimaiyyəti Azərbaycanı ən yaxşı tərəfdən tanısınlar.

- Monakoda rəqib komandaların nümayəndələri ilə söhbətiniz oldumu? Əsasən nələri müzakirə etdiniz?

- Bəli, püşkatma zamanı bəzi rəqib klubların nümayəndələri ilə söhbətlərimiz oldu. İlk növbədə bizi bu tarixi uğur münasibətilə təbrik etdilər. "Sabah"ın gənc klub olmasına baxmayaraq, belə qısa müddətdə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi onlarda da böyük maraq doğururdu. Söhbətlər zamanı həmçinin qarşıdakı oyunlar, Bakı, stadion və ümumi təşkilati məsələlər barədə fikir mübadiləsi apardıq.

- Qarşıdakı səkkiz oyundan gözləntiləriniz nədir? Daha bir möcüzəyə ümid etmək olar?

- Açığı, mümkün xalları hesablamaqla məşğul olmamışıq. Püşkatmadan sonra emosiyalar o qədər güclü idi ki, daha çox bizi nələrin gözlədiyinin miqyasını dərk etməyə çalışırdıq. Xallar və növbəti mərhələyə vəsiqə məsələsinə gəlincə, mövqeyimiz çox sadədir: rəqiblərimizin səviyyəsini çox yaxşı anlayırıq, lakin sonadək mübarizə aparacağıq. Bunun bizə neçə xal qazandıracağını isə gələcək göstərəcək.

- Top-klublarla qarşılaşmaları nəzərə alsaq, komandanı daha da gücləndirməyi düşünürsünüzmü, yoxsa bu heyətlə yola davam edəcəksiniz?

- Bir transferi artıq açıqlamışıq. Komandanın bundan sonra gücləndirilməsinə gəlincə, daha əvvəl də bildirmişdim ki, sırf say artırmaq və ya Çempionlar Liqasında iştirak etdiyimiz üçün transfer etmək fikrində deyilik. Transfer bazarında, fikrimizcə, komandanı indidən real şəkildə gücləndirə biləcək futbolçu olsa, əlbəttə, bu imkanı nəzərdən keçirəcəyik. Lakin sadəcə daha bir transfer həyata keçirmək xətrinə futbolçu heyətə cəlb etməyəcəyik.

- Aktual məsələlərdən biri də stadionla bağlıdır. Rəqiblərin gücünü və səviyyəsini nəzərə alsaq, böyük ajiotaj yaşanacaq. Komanda ev oyunlarını daha az azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda, yoxsa Bakı Olimpiya Stadionunda keçirməyi düşünür?

- Hazırda bu məsələ üzərində işləyir və mümkün variantları nəzərdən keçiririk. Burada azarkeş marağı ilə yanaşı, təşkilati və texniki məsələlər də nəzərə alınmalıdır. Yekun qərar qəbul edildikdən və dəqiq məlumat müəyyənləşdikdən sonra klub bunu rəsmi şəkildə açıqlayacaq. Buna görə də indidən hadisələri qabaqlamaq istəməzdim.

- Komandanın tarixi uğura imza atmasında böyük rolu olan Valdas Dambrauskas barədə fikirləriniz necədir? Onunla uzun illər əməkdaşlıq etməyi düşünürsünüz?

- Valdas Dambrauskasın bu uğurun qazanılmasında çox böyük rolu var. O, komandaya yalnız taktiki baxımdan deyil, düşüncə və qalibiyyət mentaliteti baxımından da ciddi təsir göstərib. Futbolçular onun oyun prinsiplərinə inanır, meydanda nə etməli olduqlarını yaxşı anlayırlar. Komandanın ən çətin anlarda belə öz oyunundan və mübarizədən imtina etməməsi məşqçi işinin nəticəsidir. Biz onun fəaliyyətindən və komandada yaratdığı inkişafdan çox razıyıq. Təbii ki, futbolda gələcəklə bağlı qərarlar qarşılıqlı müzakirələr əsasında və uyğun zamanda qəbul olunur. Amma klub olaraq sabitliyə və uzunmüddətli əməkdaşlığa önəm veririk.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Wrestling
Today, 18:04

AGF veteran güləşçilərlə görüşdü, İordaniyadakı dünya çempionatında medal qazananları təbrik etdi

Football
Today, 17:49

Şahdağ Qusar I Liqası 1-ci dövrənin qalibi oldu

Football
Today, 17:30

Sumqayıt klubunun məşqçi və futbolçu heyəti yeni idarəçilik qaydaları öyrəndi

Football
Today, 17:28

Pyer-Emerik Obameyanq "Deportivo"ya məşqə gedərkən yol qəzasına düşüb

Others
Today, 17:15

Yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Football
Today, 17:03

Sneyder Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

Football
Today, 16:51

CIES 23 yaşadək futbolçular reytinqini açıqladı: lider İspaniya

Football
Today, 16:49

Sabah

Football
Today, 16:43

"Liverpul" Konate-i "Bayer 04"dən 60 milyon avroya geri qaytara bilər

Football
Today, 16:32

Barselonanın müdafiəçisi Balde "Sabah"a qarşı Çempionlar Liqası oyununda ciddi zədə alıb

Football
Today, 16:13

FİFA kiberhücumu təsdiqlədi — şəxsi və kommersiya məlumatlarına icazəsiz giriş əldə olunub

Football
Today, 16:04

Premyer Liqanın keçmiş bombardiri Nurlan Novruzov 'Neftçi'nin U-12 komandasına məşqçi təyin olunub

Football
Today, 15:52

Azərbaycanın U-19 qadın millisi Avropa çempionatı seçmələrində Serbiyaya 0:3 hesabıyla məğlub oldu

Football
Today, 15:41

Neftçi – Zirə və Turan Tovuz – Kəpəz oyunlarının hakimləri müəyyənləşdi

Formula 1
Today, 15:31

Oliver Berman 2027-ci ildə də Haas komandasında davam edəcək

Football
Today, 15:09

"Veteran Tankçılar Gəncə"nin prezidenti hakimləri təhqir etdiyinə görə 8 oyuna cəzalandırılıb

Football
Today, 14:41

Manuel Noyerin həyat yoldaşı ilə ayrılmasının ardından yeni sevgilisi ilə İtaliya və Braziliyaya səfər

Football
Today, 14:12

«Bernli» İngiltərə Çempionşipində evdə 24 ardıcıl matçdır qələbə qazanmayıb — yeni antirekord

Qarabagh FC
Today, 14:00

Entoni Qordon: "Bakı mənim üçün xüsusi yerdir və ümid edirəm, tezliklə yenidən burada olaram"

Qarabagh FC
Today, 13:48

Ukrayna klubları Xarkov və Polesye “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuka maraq göstərir

Football
Today, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Football
Today, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək

Football
Today, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb

Football
Today, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir

Related news