Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.
Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.
İdmançının nümunəsində anabolik androgenik steroidlər (AAS)/metribolone aşkarlanıb.
F.İmanovanın cəzası 2026-cı il mayın 15-dən qüvvəyə minib. Sanksiyanın müddəti 2029-cu il mayın 14-də başa çatacaq.