Almaniyalı mütəxəssis İohann Klaus Azərbaycan Atletika Federasiyasının (AAF) inzibati binasında milli komandanın məşqçiləri üçün seminar keçib.
Bu barədə "Report"a AAF-ın mətbuat xidmətindən məlumat verilib.
Təlim zamanı məşqçilər idmançıların fiziki hazırlığının düzgün təşkili, zədələrin qarşısının alınması və effektiv məşq proqramlarının hazırlanması istiqamətində yeni biliklər əldə ediblər.