İngiltərənin "Tottenhem" klubu Londonun digər təmsilçisi "Çelsi"dən müdafiəçi Tosin Adarabioyonu və yarımmüdafiəçi Mixail Mudriki heyətinə qatıb.
"Report" London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı ingiltərəli müdafiəçi ilə tamhüquqlu, 25 yaşlı ukraynalı yarımmüdafiəçi ilə mövsümün sonunadək icarə müqaviləsi imzalanıb.
M.Mudrikin keçidində 75 milyon funt-sterlinq qarşılığında satınalma şərti nəzərdə tutulub. Ukraynalı futbolçu antidopinq qaydalarını pozduğuna görə aldığı cəza səbəbindən 2024-cü ildən meydana çıxmayıb.
Qeyd edək ki, T.Adarabioyo 2024-cü ildən şərəfini qoruduğu "Çelsi"nin heyətində keçirdiyi 77 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. M.Mudrik isə London klubunda forma geyindiyi 73 qarşılaşmada 10 dəfə fərqlənib, 11 məhsuldar ötürmə müəllifi olub.