top
Zemfira Mikayılova Türkiyə Superliqasında bürünc medal qazandı Report.az
14 April 2026, 14:56
- ↺ +

Zemfira Mikayılova Türkiyə Superliqasında bürünc medal qazandı

Azərbaycan stolüstü tennisçisi Zemfira Mikayılova ilk dəfə xarici klubun heyətində mükafat qazanıb.

İdmançı bunu "Report"a açıqlamasında deyib.

"Masa Der Spor Klubu"nun heyətində Türkiyə Superliqasının bürünc medalını qazanan idmançı yarışın səviyyəsini yüksək qiymətləndirib:

"Yarış maraqlı keçdi. İlk dəfə idi ki, xarici klubdan dəvət alırdım və orada iştirak edirdim. Rəqiblər güclü idilər. Qarşılaşdığımız 9 komandanın yeddisinə qalib gəlib, ikisinə məğlub olduq. Bizim üçün maraqlı və həyəcanlı idi. Sonda üçüncü yeri tutduq. İlk dəfə belə bir uğur qazandığımız üçün çox sevindik".

O, turnirin formatı və komandasının nəticəsi barədə bunları deyib:

"Birinci yeri "Çukurova Universitesi", ikinci yeri "Çorum Belediyyesi ASK" tutdu. Biz isə üçüncü olduq. Yarış iki tur davam etdi. Türkiyədə bir neçə liqa var, biz Superliqada mübarizə aparırdıq. Orada hər il belə yarış keçirilir. Üçüncü olduğumuz üçün Elit Liqaya yüksəlmək şansımız var. Gələn mövsüm yenə çağırsalar, həmin klubun tərkibində ən güclülərin yer aldığı Elit Liqada oynaya bilərik".

Z.Mikayılova çempionluğa mane olan amillərə də toxunub:

"Hər iki komandaya 2:3 hesabı ilə məğlub olduq. Kiçik detallar çatmadı. Rəqiblər bir-birinə və oradakı şəraitə daha çox öyrəşiblər. Yarış xaricdə keçirildiyi üçün bizdə bir az həyəcan var idi. Amma oyun cəhətdən hər şey yaxşı idi, təlim-məşq toplanışı keçmişdik, güclü hazırlaşmışdıq. Uduzduğumuz rəqiblər yerli oyunçular idi. Digər klublarda Misir və İrandan legionerlər çıxış edirdi".

Qeyd edək ki, "Masa Der Spor Klubu"nun üzvləri olan Azərbaycan stolüstü tennisçiləri Zemfira Mikayılova və Mərziyyə Nurmətova Türkiyə Superliqasının bürünc mükafatını qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi

Football
Today, 09:49

UEFA appoints Aliyar Agayev to officiate the Georgia‑Ukraine match;

Football
Yesterday, 23:23

Qəbələ and Karvan-Yevlax finish goalless draw

Football
Yesterday, 21:24

Jalə Məhsimova will continue at Neftçi;

Football
Yesterday, 19:57

Imishli defeated Araz‑Nakhchivan 1:3

Football
Yesterday, 16:28

Norwegian referees appointed for Azerbaijan U‑21 national team's match against Scotland

Tennis
Yesterday, 13:53

Experienced Tennis & Padel Coach Seeking New Professional Opportunity

Basketball
Yesterday, 10:47

NTD extended the contracts of two young U‑20 players for one year, 10 players left the team

Football
Yesterday, 10:00

“Kəpəz” parts ways with long‑injured Məqsəd İsayev

Chess
Yesterday, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək

Football
Yesterday, 01:18

Spain national team defeats England to sign a 39‑match unbeaten streak

Football
Yesterday, 00:05

Culian Uord appointed new sporting director at Liverpool

Minifootball
26 September 2026, 22:48

“Buxar Sumqayıt” lost 2:4 to Aldak 422 in the EMF European Cup;

Football
26 September 2026, 22:23

Şimal football club won 3-0 in a test match

Basketball
26 September 2026, 19:26

Sumqayıt basketball club signed a contract with American player Jordan Watson

Football
26 September 2026, 16:32

Ayxan Abbasov: Kaunastaki Litva matçına hazırıq, yaxşı təşkilatlanmış rəqibə qarşı çıxacağıq

Chess
26 September 2026, 09:17

Azərbaycan şahmat milliləri bu gün Samarkandda Bulgar və Sloveniya ilə qarşılaşacaq

Football
26 September 2026, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Football
26 September 2026, 03:09

Zidane called Mbappé's injury "Very bad"

Football
26 September 2026, 00:46

UEFA Millətlər Liqası: Türkiyə Millisi Fransa Qarşısında 0:1 Uduzdu

Boxing
25 September 2026, 22:01

Səidcəmşid Cəfərov Avropa çempionu oldu – Sofiyada Azərbaycan boksçularından 5 medal

Qarabagh FC
25 September 2026, 21:27

Ilham Zekiev will participate for the eighth time in the world championship held in Tbilisi

Football
25 September 2026, 20:52

“Gabala” signed a contract with Rafael Utziq;

Basketball
25 September 2026, 19:29

“LANDAU Lions” basketball team entered into cooperation with Səbuhi Hacıyev;

Related news