top
Araz-Naxçıvan və Qarabağın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib Report.az
Today, 17:26
- ↺ +

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən Misli Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" və "Qarabağ" klublarının aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiyalar təşkil olunub.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Tədbirlər qurumda hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində baş tutub. Sessiyada Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, üzləşə biləcəkləri risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Təlimçi onların oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış edib. Sessiyada danışılmış oyunlar kontekstində futbolçu və məşqçilərin davranışlarının həssas məqamlardan biri hesab olunduğu, bu səbəbdən peşəkar davranışın daim yüksək məsuliyyət tələb etdiyi diqqətə çatdırılıb.

Görüşdə idmançıların və mütəxəssislərin futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasında mühüm rol oynadığı qeyd edilib. Peşəkarlıq, prinsipiallıq, dürüstlük və yüksək peşə etikasının fəaliyyətin ayrılmaz hissəsi olduğu və futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıdığı bildirilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı matçlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və ehtimal olunan təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, etik borc, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olunan addımlar, məlumatın vaxtında və düzgün şəkildə verilməsi zərurəti, həmçinin məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə edilib. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və ictimai, eləcə də şəxsi profillərin düzgün idarə olunmasının vacibliyi xüsusi nəzərə çatdırılıb.

Sessiyada AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri iştirakçıların diqqətinə çatdırılıb. Danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə interaktiv suallar verilib.

Qeyd edək ki, maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi, həmçinin futbolçuların və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Araz-Naxçıvan və Qarabağın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib Araz-Naxçıvan və Qarabağın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib Araz-Naxçıvan və Qarabağın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib Araz-Naxçıvan və Qarabağın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 18:08

FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq

Wrestling
Today, 17:55

Former Olympic wrestler Natig Eyvazov promotes youth involvement in sports in Fuzuli

Others
Today, 17:40

Sabah goalkeeper called up to Kazakhstan national team again

Others
Today, 17:17

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək

Others
Today, 17:16

Ticket price up to €3,000: How much does it cost to attend the 'Ballon d'Or' ceremony?

Judo
Today, 17:13

Azərbaycanın cüdo klubu oktyabrın 24-də Parisdə Çempionlar Liqasında iştirak edəcək

Football
Today, 17:03

Betis futbolçusu Fakundo Bernal baş zərbəsi ilə Lamin Yamalıya vurduğu üçün 4 oyunluq cəzalandırıldı

Football
Today, 17:01

New setback for Barcelona: Dani Olmo will not take part in “El Clásico”;

Football
Today, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Football
Today, 16:33

Fransa Liqa 1-də “Tuluza”‑“Trua” oyunu etirazlara görə bir gün gecikdirildi

Others
Today, 16:30

Rahim Hasanov commented on the judges' decisions - VIDEO

Others
Today, 16:25

AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb

Others
Today, 16:09

Elçin Cəfərov: "Azərbaycanın güləş milliləri dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar"

Others
Today, 15:46

Nico Williams wants to play in the English Premier League

Others
Today, 15:29

Mourinho praised Arda Güler so highly that;

Others
Today, 15:20

Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb

Judo
Today, 15:11

Azərbaycan yığması Düşənbədə gənclər arasında cüdo Qran-pri turnirinə qatılacaq

Gymnastics
Today, 14:56

The 10th and 22nd National Championships in trampoline gymnastics and tumbling are held

Others
Today, 14:43

Azərbaycan kamandan oxatma millisi İraqdakı yarışda iştirak edəcək

Others
Today, 14:41

Muxtorxon Taşxocayev Azərbaycan Milli Paralimpiya Komitəsini təbrik edib

Others
Today, 14:30

Major losses for PSG: Kvaratskhelia may end his season, Dembele may be out for weeks

Football
Today, 14:01

Turkish football referee Ahmet Çakar banned from entering Azerbaijan;

Others
Today, 13:43

"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib

Related news