AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən Misli Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" və "Qarabağ" klublarının aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiyalar təşkil olunub.
Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.
Tədbirlər qurumda hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində baş tutub.