top
Fərman Həsənov UFC-də Rəqibinə Beşinci Məğlubiyyəti Yaşadacağına Söz Verdi Report.az
15 May 2026, 16:08
- ↺ +

Fərman Həsənov UFC-də Rəqibinə Beşinci Məğlubiyyəti Yaşadacağına Söz Verdi

Azərbaycanın MMA döyüşçüsü Fərman Həsənov Mütləq Döyüş Çempionatındakı (UFC) rəqibinə beşinci məğlubiyyəti yaşadacaq.

"Report"un məlumatına görə, azərbaycanlı idmançı bu barədə bu il keçiriləcək "UFC Fight Night Baku" turniri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırlıqlar yaxşı gedir:

"Hazırda ABŞ-dəyəm. Döyüşdən üç həftə əvvəl Bakıya gələcəyəm. Hər şey qaydasındadır. UFC-də çıxış edəcəyimi gözləyirdim. Buna hazır idim. Məqsədimiz Azərbaycan bayrağını dalğalandırmaq və ölkəmizi layiqincə təmsil etməkdir. Rəqibimə UFC-də beşinci məğlubiyyəti yaşadacağam".

O, çəkisalma prosesi barədə danışıb:

"6-8 həftə dietamız davam edir. Ardınca daha da sərtləşir. Uzun illərdir bu idmandayıq. Daha əvvəl də bu prosesləri görmüşük. Bu döyüşdə də çəki salacağıq və problem olmayacaq".

F.Həsənov Azərbaycanın digər MMA döyüşçüsü Tofiq Musayevlə daim ünsiyyətdə olduğunu sözlərinə əlavə edib:

"Hər kəs komanda olaraq öz tövsiyələrini verir. Hazırkı rəqibim daha çox boksa üstünlük verir. Azərbaycanın isə güləşi daha çox məşhurdur. Bundan istifafə edib qalib gəlməyə çalışacağam. Həmyerlilərimiz bizə dəstək olurlar. Onlara təşəkkür edirəm. UFC turnirinin Bakıda olması böyük hadisədir. MMA-ya başlayanda məqsədim UFC-də çıxış etmək idi. Amma debütümün məhz Bakıda olacağını gözləmirdim".

Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Fərman Həsənov yarımağır çəkidə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 10:12

Mançester Yunayted 40 ildən sonra yenidən antirekordunu təkrarladı

Qarabagh FC
Today, 09:00

Zəfər turu: İmişli Sumqayıtı, Sabah Şamaxını qarşılayacaq

Football
Today, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Football
Today, 04:04

Real Madrid 2022-ci ildən bəri ilk dəfə 8 oyunlu qələbə seriyası

Football
Today, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib

Formula 1
Today, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Qarabagh FC
Yesterday, 18:21

Premyer Liqasında Şəfa və Araz‑Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Minifootball
Yesterday, 16:28

ADSEA Qələbə Elde Etdi: 'Zəfər Kuboku' Minifutbol Turnirinin Qalibləri Müəyyənləşdi

Football
Yesterday, 15:33

Kəpəz milli fasilədə Gəncəbasarla yoxlama matçı keçirəcək

Qarabagh FC
Yesterday, 14:15

U-21 Milli Yığmasının 24 nəfərlik heyəti təlim toplanışı üçün müəyyənləşdi

Judo
Yesterday, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Gymnastics
Yesterday, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Basketball
Yesterday, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Gymnastics
Yesterday, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Football
Yesterday, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb

Football
Yesterday, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi

Qarabagh FC
06 November 2026, 20:46

Qarabağ baş məşqçisi Qurbanov: Futbolçuların məsuliyyət və matça yanaşmasına razıyam

Football
06 November 2026, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Others
06 November 2026, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Football
06 November 2026, 17:42

Bernardü Silva Portuqaliya millisi üçün Ronaldunun yerinə yeni kapitan olacaq

Formula 1
06 November 2026, 17:16

Mercedes sürücüsü Corc Rassell mühərrik dəyişdirməsi üçün 5 mövqe cəriməsi aldı

Gymnastics
06 November 2026, 17:00

Azərbaycanın tamblinq millisi Çində keçirilən dünya çempionatında ardıcıl üçüncü qızılı qazanıb

Qarabagh FC
06 November 2026, 16:42

İmişli futbol klubunun U-19 komandasına qatılan 6 afrikalı futbolçudan dördü ilə müqavilə bağlanılıb

Football
06 November 2026, 15:27

PFL I Liqada "Ayın qolu" çərçivəsində Bəhruz Teymurov mükafatlandırıldı

Related news