Misli Premyer Liqasının VIII turunun oyununda hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alan "Şamaxı"nın məşqçisi Araz Bağırov 1 oyunluq cəzalanıb, klub isə 2500 manat cərimələnib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Həmçinin həmin matçda 4 futbolçusu sarı vərəqə alan "Şəfa" komandası 700 manat cərimələnib.
"Sumqayıt"la qarşılaşmada ikinci sarı vərəqədən qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu Ağadadaş Salyanski 1 oyunluq cəzalanıb, Naxçıvan təmsilçisi isə 500 manat cəriməyə məruz qalıb.
"İmişli" ilə görüşdə 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" klubu da 700 manat cərimə ödəyəcək.