Misli Premyer Liqasının VIII turun matçında hakemin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alan "Şamaxı" komandasının baş məşqçisi Araz Bağırov bir oyunluq cəzalandırılıb, klub isə 2500 manat cərimə cəzasına məhkum edilib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Həmçinin, həmin matçda dörd futbolçusu sarı vərəqə alan "Şəfa" komandası 700 manat cərimələnib.