top
Ukraynada böyüyən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto Oxu.az
Today, 17:16
- ↺ +

Ukraynada böyüyən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

Ukraynanın "Aleksandriya" klubunda çıxış edən azərbaycanlı futbolçu Əli Xəlilov Azərbaycan U-21 millisindəki ilk təcrübəsi, millidən dəvət alması və gələcək hədəfləri barədə danışıb.

Oxu.Az-a müsahibəsində gənc futbolçu Azərbaycan millisinin əsas komandasında oynamaq arzusunda olduğunu və gələcəkdə ölkəmizin klublarında çıxış etməyə də müsbət yanaşdığını bildirib.

Ukraynada böyüyən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

- Ukraynada doğulub böyümüsünüz və həmin ölkənin U-17 yığmasında da çıxış etmisiniz. Azərbaycan millisindən dəvət alanda ilk reaksiyanız necə oldu? Bu seçimə nə təsir etdi?

Dəvət almaq mənim üçün çox xoş oldu. Düzü, belə olacağını gözləmirdim. Bir qədər təəccübləndim. Azərbaycan mənim doğma ölkəmdir. Buna görə də niyə bu dəvəti qəbul etməyim ki?!

- Azərbaycan U-21 millisində necə qarşılandınız? Komandaya uyğunlaşma prosesiniz necə keçdi?

- Komandada məni çox yaxşı qarşıladılar. Həm məşqçilər, həm də futbolçular çox yaxşı insanlardır. Hər zaman dəstək olur, bacardıqları qədər kömək edirlər. Adaptasiya prosesim də çox yaxşı keçdi.

- Azərbaycan futbolu ilə bağlı gözləntiləriniz reallıqla üst-üstə düşdü?

- Gözləntilərim var idi. Bilirdim ki, yaxşı futbolçular var. Bura gəldikdən sonra da bunun belə olduğunu gördüm. Bütün oyunçular yaxşı səviyyədədir və öz işlərinin peşəkarıdırlar.

- Gələcəkdə Azərbaycan millisinin əsas komandasında oynamaq sizin üçün nə dərəcədə böyük hədəfdir?

Millinin əsas komandasında oynamağı çox istəyirəm. Bunun üçün çalışmaq lazımdır. Hər şey məndən asılıdır. Bu məqsədə çatmaq üçün əlimdən gələni edəcəyəm.

- Gələcəkdə Azərbaycan klublarından təklif alsanız, ölkəmizdə oynamağı düşünərsiniz?

-Hazırda bu barədə konkret nəsə deyə bilmərəm. Belə məsələləri təklif olduğu zaman dəyərləndirmək lazımdır. Amma ümumilikdə Azərbaycanda oynamağa qarşı olmazdım. Hər şey həmin vaxt yaranacaq vəziyyətdən asılıdır.

Qeyd edək ki, Əli Xəlilov Azərbaycan U-21 millisində debütünü Oman U-23 yığmasına qarşı keçirib. Millimiz həmin görüşdə 4:2 hesabı ilə qalib gəlib, gənc futbolçu isə ilk matçında qol vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 18:00

"Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Football
Today, 17:39

Türkiyə millisinin sabiq üzvü Emre Mor peşəkar futboldan müvəqqəti uzaqlaşmaq qərarına gəlib

Football
Today, 17:32

UEFA "Sabah"ın müdafiəçisi Eyden Makkarti 2 oyunla cəzalandırıldı

Football
Today, 17:03

"Real"dan Endriklə bağlı açıqlama

Qarabagh FC
Today, 16:56

Toral Bayramova Azərbaycandan təklif var - Özəl

Football
Today, 16:44

İsveçdə qəribə hadisə: Azarkeşlər qaçırılan penalti qol kimi qeyd etdilər

Basketball
Today, 16:40

Azərbaycan Basketbol Federasiyası və ASA arasında əməkdaşlıq memorandumu imzalandı

Judo
Today, 16:02

Rüstəm Alimli: "Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik"

Qarabagh FC
Today, 15:53

Azərbaycan U-15 millisi Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başladı

Football
Today, 15:41

İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdığı üçün matç dayandırılıb

Volleyball
Today, 15:12

Azərbaycanlı voleybolçu Dilarə Ağayeva: "Hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik"

Football
Today, 14:54

La Liqaya haker hücumu

Boxing
Today, 14:30

Boksçu Tyson Fury-nin şizofreniya diaqnozu və həyat yoldaşının açıqlamaları

Qarabagh FC
Today, 14:27

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

Football
Today, 14:21

"Şalke" Almaniya Bundesliqasında tarixi antirekorda imza atıb

Football
Today, 14:14

Camal Musiala yenidən huşunu itirdi – Karyerası təhlükədəmi?

Football
Today, 14:00

"Barselona"nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Football
Today, 13:52

"Sumqayıt" yaponiyalı futbolçu Masaki Murata ilə yollarını ayırıb

Football
Today, 13:46

Barselona komandasının Bakıda media üçün açıq məşqinin dəqiq vaxtı məlum olub

Football
Today, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Football
Today, 13:08

“Mançester Yunayted”i elə tənqid etdi ki

Football
Today, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib

Football
Today, 12:44

Şahdağ Qusar baş məşqçisi Füzəli Məmmədov: “Heç bir təklif məni maraqlandırmaz, mən Şahdağdayam”

Related news