İspaniya La Liqası noyabrın 14-dən 16-dək rəqəmsal resurslarına qarşı kiberhücum həyata keçirildiyini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxslər La Liqanın və bəzi klubların rəqəmsal platformalarında qeydiyyatdan keçmiş istifadəçilərin şəxsi məlumatlarına icazəsiz giriş əldə edərək onları ələ keçiriblər.
Qurumun təhlükəsizlik xidməti hücumun mənbəyini müəyyənləşdirib. Dəymiş ziyanın miqyası isə hələ qiymətləndirilməyib.
Hadisə ilə bağlı İspaniyanın Məlumatların Mühafizəsi Agentliyinə (AEPD) və Milli Polisin kibercinayətkarlıqla mübarizə üzrə mərkəzi bölməsinə məlumat verilib. Hazırda insidentlə əlaqədar araşdırma aparılır.
La Liqanın açıqlamasında qeyd olunub ki, noyabrın 16-da hücumun qarşısını almaq, məlumatların çıxarılmasını dayandırmaq və kənar şəxslərin girişini bloklamaq üçün zəruri tədbirlər görülüb.