"Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanın səhhətində yenidən problem yaranıb.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, futbolçu məşq zamanı huşunu itirib.
Bu, 23 yaşlı oyunçunun 2026-cı ilin avqustundan bəri yaşadığı üçüncü belə hadisədir. Musiala həmin ay "Leypziq" və "Haydenhaym"la yoxlama görüşlərində də huşunu itirmiş, hər iki halda tibbi müdaxilədən sonra meydanı tərk etmişdi.
Almaniyalı futbolçu daha əvvəl özündə nevroloji pozuntu nəticəsində yaranan qısa müddətli absans tutmalarının aşkarlandığını açıqlamışdı. O bu vəziyyətin müalicəsinin mümkün olduğunu və əlavə sağlamlıq riski daşımadığını bildirmişdi. Həkimlər hazırda dərmanların dozasını tənzimləyərək uyğun müalicə üsulunu müəyyənləşdirməyə çalışırlar.
Musialanın gələcəyi də "Bavariya"da müzakirə mövzusuna çevrilib. Klub rəhbərliyi futbolçunun əvvəlki formasına qayıtmaq imkanları ilə bağlı narahatlıq keçirir və onun satılması ehtimalını nəzərdən keçirirlər.
Klubun sabiq baş icraçı direktoru Karl-Haynz Rummenigge də futbolçunun gələcəyi ilə bağlı maliyyə məsələlərinin müzakirə oluna biləcəyini bildirib. Bununla belə, o, hələlik yekun qərarın verilmədiyini vurğulayıb.