top
Nikolas Uolş Sabah - Barselona matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub Report.az
Today, 14:27
- ↺ +

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah" - "Barselona" (İspaniya) oyununu idarə edəcək Nikolas Uolş daha əvvəl 4 dəfə Azərbaycan klublarının matçına təyinat alıb.

"Report" xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi 2019-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin evdə Gürcüstanın "Dinamo" kollektivinə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada iş başında olub.

Şotlandiyalı FIFA referisi 2023-cü ildə isə "Qarabağ"ın Belçikada "Gent"ə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu (əsas vaxt 0:1) UEFA Konfrans Liqasının pley-off görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib.

O, Ağdam təmsilçisinin 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində Bakıda Norveçin "Molde" klubuna qalib gəldiyi (1:0) matçda isə VAR hakimi olub.

Uolş 2024-cü il oktyabrın 24-də Avropa Liqasının əsas mərhələsinin III turunda baş tutan "Qarabağ" - "Ayaks" (0:3) oyununu idarə edib.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 14:21

"Şalke" Almaniya Bundesliqasında tarixi antirekorda imza atıb

Football
Today, 14:00

"Barselona"nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Football
Today, 13:52

"Sumqayıt" yaponiyalı futbolçu Masaki Murata ilə yollarını ayırıb

Football
Today, 13:46

Barselona komandasının Bakıda media üçün açıq məşqinin dəqiq vaxtı məlum olub

Football
Today, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb

Football
Today, 13:08

“Mançester Yunayted”i elə tənqid etdi ki

Football
Today, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib

Football
Today, 12:44

Şahdağ Qusar baş məşqçisi Füzəli Məmmədov: “Heç bir təklif məni maraqlandırmaz, mən Şahdağdayam”

Others
Today, 12:36

Qılıncoynatma üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub

Qarabagh FC
Today, 12:20

Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyununa çıxıb

Football
Today, 12:19

Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı

Football
Today, 12:05

Almaniyadan Dortmund və Inter İtaliyənin liderliyi ilə dünyanın ən çox izlənilən 10 futbol klubu

Judo
Today, 12:04

İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi"

Qarabagh FC
Today, 11:54

Azərbaycan Premyer Liqası: Cari mövsüm bir turda ilk dəfə meydan sahibləri qələbəsiz qalıb

Football
Today, 11:44

"Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu

Football
Today, 11:25

Davit Volkov "Zirə"nin heyətində 50-ci qolunu vurub

Qarabagh FC
Today, 11:16

Kəpəz müdafiəçisi Əli Səmədov Premier Liqada 100‑cü oyunu keçib, 1 qolu qeyd edib

Football
Today, 10:21

UEFA

Volleyball
Today, 10:03

Azərbaycan millisinin baş məşqçisi Gökhan Edman: "Əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi"

Football
Today, 09:28

Poçettino debütdə "Mançester Yunayted"in 100 illik antirekorunu təkrarladı

Football
Today, 09:14

"Barselona" 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb

Volleyball
Today, 09:02

Ukrayna 3:0 qələbə qazanıb

Football
Today, 08:10

La Liqada tarixi rekorda imza atdı

Related news