top
Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi Qol.az
Today, 19:20
- ↺ +

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi

"Sabah"ın futbolçusu Timoteuş Puxaç Lamin Yamalın "Barselona"nın Bakıda keçirəcəyi Çempionlar Liqası matçında iştirak etməyəcəyi xəbərinə maraqlı reaksiya verib.

QOL.az xəbər verir ki, polşalı futbolçu sosial şəbəkədə qəmgin görüntüsünü əks etdirən video paylaşıb. Videoda onun Polşa mətbuatına verdiyi müsahibə ilə yanaşı, Yamalın Bakıya gəlməyəcəyi barədə xəbər də yer alıb.

Qeyd edək ki, Puxaç daha əvvəl müsahibəsində "Barselona"nın gənc ulduzuna meydanda boşluq verməyəcəyini söyləmişdi.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.