top
Mahmud Qurbanov: Zirə Sabahın hücumlarına tab gətirə bilmədi Report.az
14 May 2026, 13:31
- ↺ +

Mahmud Qurbanov: "Zirə" "Sabah"ın hücumlarına tab gətirə bilmədi

"Zirə" Azərbaycan Kubokunun finalında "Sabah"ın hücumları qarşısında sona qədər dözə bilməyib.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Təcrübəli mütəxəssis final qarşılaşması barədə fikirlərini bölüşüb:

"Zirə" 1:0 öndə idi, baxımlı qol vurmuşdular. Amma hesabı qoruyub saxlaya bilmədilər. Düşünürəm ki, "Sabah"ın hücumlarının qarşısında sona qədər dözməyə gücləri çatmadı. Düzdür, "Sabah"ın oyunçusu akrobatik tullanışla çox yaxşı qol vurdu. Buna baxmayaraq, görünürdü ki, "Zirə" hesabı qorumaq istəyir və daha çox müdafiədən oynamağa üstünlük verir. Lakin "Sabah"ın hücumları daha təhlükəli idi. Nəticədə hesabı bərabərləşdirdilər və son dəqiqələrdə sürətli əks-hücumda qələbə qolunu vurdular".

O, "Sabah"ın 2025/2026 mövsümündə çıxışını yüksək qiymətləndirib:

"Bu mövsüm "Sabah" komandası üçün uğurlu oldu. Həm çempionatda qızıl medal qazandılar, həm də kuboku əldə edərək "qızıl dubl"a imza atdılar. Baxımlı oyun və müsbət nəticələrlə bu mövsüm həm çempionatda, həm də kubokda ən güclü olduqlarını göstərdilər. "Sabah"da həm komanda, həm də oyunçuların fərdi keyfiyyəti baxımından çox yaxşı bir kollektiv qurulub".

Qeyd edək ki, "Palms Sports Arena"da keçirilən qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 16:21

Şamaxı 2-0 Gəbələ ilə qalib gəldi

Qarabagh FC
Today, 16:10

"Braziliya ilə Azərbaycan arasındakı saat fərqi yeganə çətinliyim idi"

Football
Today, 15:12

"Bavariya"nın futbolçusu Konrad Laymer qeyri‑müəyyən müddətə sıradan çıxıb

Football
Today, 14:58

Türam qolunu "GTA 6" oyununun personajına həsr etdi

Football
Today, 14:30

Alfadco Sisse üçün İngiltərə Premyer Liqasından maraq yarandı – Çelsi və Brayton transferdə maraqlıdır

Football
Today, 14:24

Mahir Emreli Polşa çempionatının son 4 oyununda 3 qola töhfə verib

Football
Today, 13:58

Hansi Flik "Sabah"ın qolundan sonra əsəbiləşməsini açıqladı

Football
Today, 13:36

"Şamaxı" - "Qəbələ": 13-cü turun matçının heyətləri açıqlanıb

Football
Today, 13:25

Niklas Fyullkruq Bundesliqada Miroslav Klozenin rekordunu təkrarladı

Football
Today, 12:59

Sima 38 dəqiqədə penta-trikə imza atdı

Others
Today, 12:25

Buxarestdə keçirilən yeniyetmələr arası Avropa birinciliyində Azərbaycanın 2 taekvondoçusu bürünc medal qazanıb

Football
Today, 11:51

Muslera, Uruguay qapıçısı, 40 yaşında karyerasına son verdi

Football
Today, 11:21

Atletiko Ademola Lukman transferi üçün təklifləri nəzərdən keçirir

Boxing
Today, 11:05

Azərbaycan U-23 boks yığması Poreç Avropa çempionatında 4 medal qazanıb

Qarabagh FC
Today, 10:42

Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı

Football
Today, 10:23

"Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır"

Football
Today, 10:16

Mourinyo 15 ildə ilk dəfə Santiyago Bernabeuda məğlub oldu

Football
Today, 10:11

"Mourinyo məğlubiyyəti və Arda haqqında"

Football
Today, 09:40

Mahir Emreli: "İldəki son ev oyununda istədiyimiz nəticəni əldə edə bilmədik, çətin mövsüm keçiririk"

Football
Today, 09:30

"Real"ın Alaves qarşısında gözlənilməz məğlubiyyəti – Video icmalı

Boxing
Today, 09:28

Almaniyalı boksçu Kabayel ağır çəki dərəcəsində dünya çempionu titulunu qorudu

Qarabagh FC
Today, 09:05

Misli Premyer Liqası: Şamaxı–Qəbələ və Qarabağ–Sumqayıt bu gün oynanacaq

Football
Today, 08:14

"Braziliyanın Libertadores Kubokunda titulların sayına görə liderliyi ələ keçirdi"

Football
Today, 07:00

Rayan Qiqiz: Manchester United əfsanəsinin sadiqliyi və ailə mübahisələri

Related news