top
FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı Report.az
Today, 13:19
- ↺ +

FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı

FIFA referilərə və futbolçulara danışılmış oyunların təşkili cəhdləri, eləcə də yarışların dürüstlüyünə təhlükə törədən digər pozuntular barədə anonim bildiriş göndərməyə imkan verən xüsusi platformanı istifadəyə verib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu mexanizm FIFA-nın bayrağı altında keçirilən bütün turnirlərin oyunçuları və matçların rəsmi şəxsləri üçün nəzərdə tutulub.

İstifadəçilər beynəlxalq federasiyanın yarışlarının dürüstlüyünün qorunması ilə məşğul olan xüsusi bölməsinə birbaşa müraciət edə biləcəklər. Məlumatların ötürülməsi üçün 3 vasitə müəyyənləşdirilib: elektron poçt, SMS və saytdakı xüsusi forma. Bununla yanaşı, müraciət edənlərə anonimliyin saxlanılmasına zəmanət verilir.

Yeni kanalın mövcudluğu barədə futbolçulara və hakimlərə yarışlar başlamazdan əvvəl təşkil olunan iclaslarda məlumat veriləcək. Bundan əlavə, iştirakçılara informasiya materialları paylanacaq, xüsusi plakatlarda isə mesaj göndərmə sisteminə daxil olmağa imkan verən QR-kodlar yerləşdiriləcək.

Yeni sistemin mümkün pozuntular barədə xəbər verməyə mane olan əngəlləri - məlumatın ötürülməsi ilə bağlı çətinlikləri və məxfiliyin qorunması ilə əlaqədar narahatlıqları aradan qaldırmağa imkan verəcəyi bildirilib.

Bundan başqa, sosial şəbəkələrdəki təhqiramiz ifadələr, təqiblər və hədələr barədə də məlumat vermək imkanı nəzərdə tutulub. Futbolçuların bu cür müraciətləri FIFA-nın yarış iştirakçılarını internetdəki təhqirlərdən müdafiə edən xidməti tərəfindən istifadə olunacaq.

Bununla belə, danışılmış oyunların təşkili cəhdləri barədə bildiriş vermək öhdəliyi əvvəllər də mövcud olub. FIFA-nın reqlamentlərinə əsasən, futbolçular, hakimlər, klub nümayəndələri və digər rəsmi şəxslər matçların nəticələrinin mümkün manipulyasiyası ilə bağlı istənilən təklif və ya məlumat haqqında beynəlxalq federasiyanı dərhal xəbərdar etməlidirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Volleyball
Today, 12:40

U-16 qızlar voleybol komandası EEVZA-nın ikinci təsnifat mərhələsinə yüksəlməyi hədəfləyir

Others
Today, 12:14

AMADA nümayəndələri Strasburqda CAHAMA 73-cü iclasına qatıldı

Olympics
Today, 12:01

Kenyan Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə dopingdan disqvalifikasiya edildi

Minifootball
Today, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Football
Today, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Football
Today, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Qarabagh FC
Today, 10:35

Qurban Qurbanov: Emin Mahmudovun 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi oldu

Football
Today, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır

Football
Today, 09:21

Xankəndi Stadionunda yenidənqurmadan sonra I Liqanın “Xankəndi – Karvan‑Yevlax” oyunu keçiriləcək

Volleyball
Today, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Volleyball
Today, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Football
Yesterday, 19:49

Mançester Yunayted, 16 yaşlı hücumçu Cey-Cey Qabrielin ayrılığına görə FIFA-ya şikayət etməyi planlaşdırır

Football
Yesterday, 18:30

İspan məşqçi Xosep Qvardiola Səudiyyə təkliflərini rədd etdi

Football
Yesterday, 17:32

Arsenal müdafiəsi Yurrien Timber müqaviləsini 2031-ci ilə uzadı

Football
Yesterday, 17:16

Elgiz Kərəmli: Bir qələbə bütün problemləri həll etmir, komandanın inkişafı önəmlidir

Football
Yesterday, 16:45

Nikola Nanni San-Marino millisinin tarixində rəsmi oyunda iki qol vuran ilk futbolçu olub

Others
Yesterday, 16:21

AKOF-un baş katibi Fərid Xəlilov ABŞ-da idman idarəçiliyi üzrə təcrübə mübadiləsi aparıb

Football
Yesterday, 16:00

Santos, Real'dan Rodriqu 2027 yayına qədər icarəyə götürmək üçün danışıqlara başladı

Judo
Yesterday, 15:10

Daşkənddə keçirilən gənclərarası dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyən olundu

Football
Yesterday, 14:08

Azərbaycan yığması FIFA reytinqində 124-cü yerdə qərarlaşıb

Wrestling
Yesterday, 13:55

Sumqayıtda şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək

Football
Yesterday, 13:24

Xuan Mata, 38 yaşında İspaniya yığmasının sabiq futbolçusu, karyerasını başa vurdu

Basketball
Yesterday, 13:07

Donovan Donaldson ABŞ-dan "Gəncə" basketbol klubuna qatıldı

Related news